dini radikalizm və ekstremizmlə mübarizə

Fətullah Gülənin Fuad Abbasov projesi

Fətullah Gülənin Fuad Abbasov projesi
Azər Hətəmov: "İstanbul Universiteti İşlətmə fakültəsinin məzunu:
"Biz İstanbul Unverstetinin Azərbaycanlı öyrənciləri olaraq Fuad Abbasovu Istanbul universitetində jurnalistika fakültəsində oxuduğu dönəmdən Fətullah Gülənin kitablarını paylayan, onun piyarı ilə məşğul olan biri kimi tanıyırıq".

Veteninfo.az xəbər verir ki,bu fikirlər redaksiyamıza istanbul Universiteti İşlətmə fakultəsi məzunu Azər Hətəmovun göndərdiyi məqalədə qeyd edilir. Azər Hətəmov vurğulayır ki, açığı yüksək inandırma qabiliyyətinə görə Fuad Azərbaycanlı tələbələrdən bu proseslərə çoxlu adam cəlb edə bilmişdi. Fətullah Gülən idealogiyasını qəbul edən, onun təbliğatçısı olan və bu prosesə adam cəlb edən hər tələbəyə 100 dolar pul verilirdi. Həmin dövr üçün 100 dollar yaxşı pul idi. Biz bu cərəyanın təmsilçilərinə "nurçu” lar deyirdik. Nurçuların qaldığı evin kirası və bir çox minimum xərclər örgüt tərəfindən ödənilirdi. Hər həftənin şənbə günləri nurçuların qaldığı evlərə örgüt tərəfindən həftəlik bazarlıqlar edilirdi.
"Bizim daxil olduğumuz qrup miliyyətçi (ülkücü) camiyə olduğu üçün nurçularla ara-sıra mübahisələrimiz düşürdü bu prosslərdə qarşı tərəfdən Fuad ciddi rol oynayırdı və ona görədə nurçuların içində böyük nüfuza malik idi. Universiteti bitirdikdən sonra Fuadı uzun müddət görmədim lakin o camiyədən olan bu gündə əlaqədə olduğumuz dostlarla görüşəndə "Fuada örgüt ciddi tapşırıqlar verib” artıq bizlərlə çox əlaqə saxlamır deyirdilər.
Uzun zamandan sonra Fuad Abbasovu rusların hərbi uçağının Türkiyə tərəfindən vurulduğu zaman Moskvada proqramlarda çıxış etdiyi zaman facebook paylaşımlarında gördüm. Proqramlarda Türkiyəni və xüsusilə R.T.Ərdoğanı ciddi müdafiə edirdi. Mənim üçün çox maraqlı idi necə olur ki, Türkiyə prezidenti Fətullah Gülənə (Fetö) qarşı həm Türkiyədə həm də Türkiyədən kənarda ciddi mübarizə aparır, lakin Fətullah Gülənin bir nömrəli təbliğatçısı Fuad Abbasov Türkiyə tərəfindən "İhlas Xəbər Ajansının” moskvadakı təmsilçisi kimi fəaliyyət göstərir. Doğru düşünmüşdüm bir müddət sonra Türkiyə dövləti Fuadı bu ajansdan uzaqlaşdırdı və türkiyəyə girişini yasaqladı. Hərhalda Türk istiqbaratı aktivliyindən dolayı Fuadın fəaliyyətinə nəzarət edirmiş.İşin içərisində ciddi nüanslar ola bilər. Son zamanlar Fuadın rusiyada diaspor məsələlərində fəallığını hiss edirəm. Maraqlı tərəfi odur ki, nurçularda millət anlayışı yoxdur və onlar millətçiliyə qarşıdırlar.Fuad Abbasov tələbə vaxtı hər zaman vurğulayırdı ki, mən Ləzgiyəm ancaq bizim üçün əsas ümmətdir millət deyil.Lakin son zamanlar Fuad milliyətçi kimi özünü yeni formatda təqdim etməkdədir".
Azər Hətəmov vurğulayır ki, bilirsiniz Fətullah Gülən hərəkatını daha çox din, elm, mənəviyyat mövzularında fəal olduğunu ifadə edənər çoxdur, amma bu qrupun gözümüzün qarşısından o adlar altında hansı çirkinliklər etdiklərinin birəbir şahidiyik." Fuadın şəxsinə gəldikdə isə bircə onu deyə bilərəm ki, daxili eqosuna görə bütün dəyərləri tapdalayacaq bir şəxsdir. Ona salam verən dostlarımız hamısı indi çox peşimandır...”


Redaksiyadan: Azər Hətəmovun irəli sürdüyü iddialarla bağlı Fuad Abbasovun da mövqeini dərc etməyə hazırıq.

Oxunub: 932
Oxşar xəbərlər
SON XƏBƏRLƏR