dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda buna şahid oldum... - Russo

Bakıda buna şahid oldum... - Russo
Mən ötən il Bakıda Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etdim. Orada Avropa ölkələri, xüsusilə də İtaliya ilə iqtisadi, siyasi və parlamentlərarası münasibətlərin inkişafına xüsusi diqqət ayrıldığının şahidi oldum. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan yerləşdiyi regionun ən inkişaf etmiş ölkəsidir və İtaliya üçün böyük əhəmiyyətə malikdir.

Djb.,az-in Axar.az-a istinadən məlumatına gorə, bu sözləri İtaliya Deputatlar Palatasının üzvü Covanni Russo söyləyib.


“Biz həm ikitərəfli formatda, həm də Beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Parlamentlərarası dostluq qrupunun üzvləri kimi, biz bu əlaqələrin daha da genişlənməsinə çalışacağıq,” – deyə C. Russo əlavə edib.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR