dini radikalizm və ekstremizmlə mübarizə

Akif Əlizadə: “AMEA-nın idarəetmə təkmilləşdiriləcək”

Akif Əlizadə: “AMEA-nın idarəetmə təkmilləşdiriləcək”
“Artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu istiqamətdə köklü islahatlar aparır”.

Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.


O bildirib ki, konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.


A.Əlizadə qeyd edib ki, bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir: “Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”./Report/

Oxunub: 565
Oxşar xəbərlər
SON XƏBƏRLƏR