dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub

Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub
30 aprel – 1 may tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və onların həyat yoldaşlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil edilir.

Djb.az xəbər verir ki, XİN-dən ONA-ya bildirilib ki, səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.


Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubunu ziyarət edəcəklər.

Oxunub: 706
Oxşar xəbərlər
SON XƏBƏRLƏR