dini radikalizm və ekstremizmlə mübarizə

İrəvan müharibə ritorikasını niyə yumşaltdı? – Şərh

İrəvan müharibə ritorikasını niyə yumşaltdı? – Şərh
“Ermənilərin çox qəribə sülh istəməkləri var. Ermənistanın Müdafiə naziri David Tonoyan bəyanat yaydı ki, Azərbaycan ordusunu sülhə hazırlaşdırmalıdır. Bu necə bəyanatdır, hansı məqsədi güdən bəyanatdır? Azərbaycanı təhdid edən Tonoyanın bəyanatda kifayət qədər ziddiyyətlər var”.

Bunu Teleqraf.com-a politoloq İlqar Vəlizadə deyib.

Ekspertin fikrincə, bu, sadəcə bəyanat xətrinə verilən bəyanatdır: “Amma o biri tərəfdən də ermənilər hərbi ritorikanı yumşaltmağa çalışırlar. Daha çox sülhdən danışmağa cəhd edirlər. Ola bilsin ki, bu, Vyana görüşünün təsiridir. Bu, həm də yaxın vaxtlarda keçirilməsi planlaşdırılan üçtərəfli Lavrov-Məmmədyarov-Mnatsakanyan görüşündən əvvəl Ermənistanın özünü sülhsevər tərəf kimi göstərmək səyləridir.

Çünki bura qədər Ermənistan tez-tez hərbi bəyanatlar verirdi. Xüsusilə də, Ermənistanın müharibəyə hazırlaşması barədə İrəvandan səsləndirilən fikirlər... Əlbəttə, həmin məqamda üçtərəfli görüş keçirilsəydi, Azərbaycan Ermənistanın qarşısına böyük üstünlüklə çıxacaqdı və ermənilərin Azərbaycana cavab verməyə əsası olmayacaqdı. Buna görə də belə bir halla üzləşməmək üçün özlərini sülhpərvər göstərməyə çalışırlar”.

Oxunub: 548
Oxşar xəbərlər
SON XƏBƏRLƏR