dini radikalizm və ekstremizmlə mübarizə

Binali Yıldırımın məktubu

Binali Yıldırımın məktubu
Dünən İstanbulda yaşayanlara bir məktub gəldi. Bildiyimiz əlyazmada olan məktub. Məktubun yanında da çay. Mənası bu demək idi ki, çayı içərək, məktubumu oxu.

Oxuduq:

"Bu məktubu sizə yazarkən, 1967-ci ildə orta məktəbdə oxumaq üçün İstanbula gəldiyim günlərin həyəcanını yaşayıram. 12 yaşında oxumağa başladım İstanbulda. Bu şəhər məni oxutdu, məslək sahibi, iş-güc sahibi etdi, ailə qurmama yardımçı oldu. Sonra İstanbul məni millət vəkili, nazir, baş nazir və nəhayət Qazi Məclisin başqanı etdi".

Martın 31-də Türkiyədə keçriləcək bələdiyyə seçkiləri üçün ən təsirli kampaniyası məncə bu idi. Ölkənin keçmiş baş naziri Binali Yıldırımdan seçicilərə gələn məktub. Daha sonra Binali Yıldırım seçicisindən xahiş edir:

"İndi 12 yaşındakı orta məktəb şagirdini Binali Yıldırım edən İstanbula borcumu ödəmək üçün Bələdiyyə sədrliyinə namizəd olaraq qarşınızdayam".

Bundan sonra məktubda o, İstanbul Şəhər Bələdiyyə sədri seçilərsə, görəcəyi işdən bəhs edir. Keçmiş baş nazir öz dəsti-xətti ilə yazır və İstanbulda qadınlara göstərəcəyi diqqətdən bəhs edir.:

"Həyatın yükünü çəkən xanımlar - həm evdə, həm iş həyatında - ən böyük dəstəyi sizə göstərəcəm. Nə çəkdiyimi kimsə bilmir, - deyə düşünməyin. Hüzurlu, xoşbəxt, güvənli yaşamanız, həyatınızı rahatlaşdırmaq üçün çox çalışacam".

Binali Yıldırım seçilərsə, görəcəyi işləri məktubda tək-tək sadaladıqdan sonra seçicilərinə inandığını deyərək, sağollaşır.

Binali Yıldırımın məktubu

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR