dini radikalizm və ekstremizmlə mübarizə

Xidmət rəisi: Əcnəbi vətəndaşların iş icazəsinin alınması şəffaf prosesdir

Xidmət rəisi: Əcnəbi vətəndaşların iş icazəsinin alınması şəffaf prosesdir
Demək olar ki, son vaxtlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər tərəfindən hər hansı bir narahatlıq və şikayət daxil olmur.

Djb.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir əcnəbi vətəndaş müvafiq iş icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər:

“Bu kifayət qədər şəffaf və rahat prosesdir. İşə götürən hüquqi və fiziki şəxslər həmin şəxsin müvafiq sənədlərini toplayaraq bizim xidmətə təqdim etməlidir. Həmin sənədlər əsasında Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində müvafiq qərarlar verilir”.

“Bu proses tam elektronlaşıb. Biz tez-tez iş adamları ilə də müəyyən görüşlər keçiririk. Demək olar ki, son vaxtlar bu sahə ilə bağlı hər hansı bir narahatlıq və şikayətlər xidmətimizə daxil olmur”, - deyə, xidmət rəisi qeyd edib.

Oxunub: 516
Oxşar xəbərlər
SON XƏBƏRLƏR