dini radikalizm və ekstremizmlə mübarizə

MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN

 MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN

İki gündür ki, sosial şəbəkədə cənab prezident İlham Əliyevin oğlu Heydər Əliyevin and içmə mərasiminin şəkilləri paylaşılır. İnsanlar tədbirlər yazır müxtəlif fikirlər söyləyir. Amma çox təssüf ki, bu rəsmləri paylaşanların içərisində üzünü müxtəlif məmurlara tutaraq baxın bu gənc prezident oğludur və hərbi xidmətdən yayınmadı, nədən sizin övladlarınız müxtəlif bəhanələrlə xidmətdən yayınır sualın verən olmadı?
Kimi Xidmətdə olan Heydərin şəninə şeir yazdı kimi təriflər yağdırdı. Mən demirəm şeir yazmayaq, tərifləməyək əlbətdə qürur verici haldır ki, dövlət başçısının övladı hərbi xidməti borcunu yerinə yetirir və bu məmur övladlarına göstəriləcək örnək bir addımdır.
Amma inanın ki, bu duruma daha fərqli yanaşmaq olar, hərbi xidmətdən yayınan gənclərə üz tutaraq onları vətənpərvərliyə səsləmək daha məqsədyönlü olar.
Heydər Əliyevdə bir çox gənclər kimi xaricdə təhsil ala bilərdi o, məhz vətənində ali təhsilini başa vurdu. H. Əliyevdə məmur övladları kimi xaricdə ən tanınmış unversitetlərdə təhsil ala bilərdi o, bu örnək addımı ilə demək istədi ki, bizim unversitetlərdə təhsil almaq üçün bir çox dövlətlərdən tələbə adını qazanmağa Azərbaycana üz tuturlar nədən biz Azərbaycanın sərmayyəsini öz dövlətimizə yatırtmayaq ki... Axı övladlarınızın təhsili üçün yatırdığınız vəsaiti azərbaycanın büdcəsinə yatırdaraq həm büdcəmizə həm də xalqınıza yaralı ola bilərsiniz. Mənim demək istədiyim bu idi xarici dövlətlərə milyonlarla vəsaiti yatıranlar baxın dövlət başçısının ailəsində yetişən gəncə təhsilinidə Azərbaycanında aldı, hərbi xidmətindən də sizlərin övladları kimi yayınmadı. Bir gün bütün məmurların hərbidən yayınan övladlarının siyahısi sosial şəbəkədə yayımlansa heç də təccüblənməyəcəm. Çünkü bunu xalq tələb edir, şəhid anaları, əsgər anaları tələb edir. Nə qədər gec deyil oğullarınızı kişilik məktəbindən məhrum etməyin. Əsl kişi olmaq üçün bu yolu keçmək lazımdır!

Almaz İlahə
Təsisçi

 MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN
 MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN
 MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN
 MƏMURLAR OVLADLARINIZI KİŞİLİK MƏKTƏBİNDƏN MƏHRUM ETMƏYİN

Oxunub: 1 029
Oxşar xəbərlər
SON XƏBƏRLƏR