dini radikalizm və ekstremizmlə mübarizə

Serbiya Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Serbiya Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

“Report” xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Sonra Aleksandr Vuçiç Şəhidlər xiyabanını ziyarət edib. Burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Serbiya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Oxunub: 679
Oxşar xəbərlər
SON XƏBƏRLƏR