dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunmaqdadır.

"Report" xəbər verir ki, Şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov, eləcə də Kamal Dadaşov Avropanın bir sıra şəhərlərində - Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) tədbirlər keçiriblər.

Strasburqda baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, qurucuları haqqında məlumat verib. O, son illər Azərbaycanın iqtisadi inkişafı, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artması da danışıb.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı promo video çarx nümayiş etdirilib.

Tədbirin təşkilatçısı A.Əhmədov isə çıxışında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun layiqli davamçısı Prezident Ilham Əliyevin gənclərə, o cümlədən gənc sahiblarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. O, Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından da danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib.

Cenevrədə baş tutan tədbirdə isə Azərbaycanın bu şəhərdəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin attasesi Yusif Huseynov çıxış edərək vurğulayıb ki, indiki Azərbaycan o vaxtı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir. A.Əhmədov və K.Dadaşov isə vurğulayıblar ki, Cümhuriyyət 1920-ci ildə süqut etsə də, onun aşıladığı müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyib. Xalq bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşadıb. Xüsusəilə mummilli lider Heydər Əliyevin uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb.

Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur

Oxunub: 629
Oxşar xəbərlər
SON XƏBƏRLƏR