dini radikalizm və ekstremizmlə mübarizə

Millətimin özəl günü- Qənirə Paşayevanın ad günüdüranın ad günüdür.

Millətimin özəl günü- Qənirə Paşayevanın ad günüdüranın ad günüdür.

Bu gün Dəyərli Millət vəkilimiz, gözəl ürəkli, sevgi dolu insan, Qənirə Paşayevanın ad günüdür.

Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-(...)ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.
30 sentyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının qaliblərindən biri elan edib
“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib.
Gürcüstanın fəxri vətəndaşı
Subaydır. Firuzə adlı mənəvi qızı var
***
Dəyərli Millət Vəkilimiz Qənirə Paşayevanı ad günü münasibətlə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, işlərində hər zaman uğurlar arzu edirik.
Bu gün Millətimin özəl günüdür, çünki, millətin sevdiyi, hər kəsin öz millət vəkili olaraq qəbul etdiyi bir xanımın ad günüdür. Bu gün bütün evlərdə Qənirə xanıma təbriklər yağır, hər evdə onun varlığına şükr oxunur.
Budur həqiqi sevgini qazanmaq, səmimiliyiylə, gördüyü işlərlə, əlçatanlığı ilə..
Qənirə xanım, sizin kimi Millət vəkilimiz olduğuna görə, sizin kimi etibarlı dostumuz olduğuna görə çox şanslıyıq. Siz nümunəsiz, büdrəyəndə ayağa qalxmağı, güclü olmağı öyrədirsiz, siz vətəni qarşılıq gözləmədən sevməyi öyrədirsiz, siz sadə vətəndaşlara necə əlçatan olmağın mümkünlüyünü öyrədirsiz bəzilərinə, siz uşaqdan- böyüyə hər kəsin ürəyində özünüzə yer tapan şəxssiniz. Nə yaxşı ki Varsız. Sizi sevirik. dünyaya gəlişiniz mübarək, Yeni yaşınız mübarək!
Vüsalə Qələndərli

Oxunub: 1 014
Oxşar xəbərlər
SON XƏBƏRLƏR