dini radikalizm və ekstremizmlə mübarizə

Bakıya qarşı qurulmuş çirkin plan baş tutmadı - Deputat

Bakıya qarşı qurulmuş çirkin plan baş tutmadı - Deputat
Ölkəmiz haqqında dünya mediasında yayılan ittihamlar süni şəkildə quraşdırılmış, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu aşağı salmaqdan ötrü istifadə edilən bir fənd idi.

Bu sözləri Axar.az-a Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edən millət vəkili Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, Azərbaycanın bir dövlət kimi güclənməsi, regionun liderinə çevrilməsi, Dağlıq Qarabağ məsələsində söz sahibi olması xaricdə bəzi dairələrdə ciddi narahatlıq doğurur:

“Azərbaycanın əleyhinə təbliğat aparan şəxslər bu cür yalanlar, böhtanlar, ittihamlar irəli sürürlər. Bu şəxslər elə hesab edirlər ki, Azərbaycan, eləcə də ölkəmizlə korrupsiya əlaqələrində ittiham olunan Luka Volonte bəraət alsa belə, yayılan informasiyalar kimlərinsə yaddaşında qalacaq. Bu, Azərbaycan dövlətinə qarşı aparılan çox çirkin bir kampaniyadır. Ancaq bununla belə, həqiqətin üzə çıxması, Azərbaycanın adı hallanan məsələdə bəraət qazanması göstərir ki, dövlətimiz bütün məsələlərdə həmişə beynəlxalq hüquq normalarını, ədaləti gözləyir”.

Qeyd edək ki, Milan Məhkəməsində 2 ildən çoxdur, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş tanınmış siyasətçi Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi ötən gün başa çatıb.

İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

L.Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu.

Oxunub: 713
Oxşar xəbərlər
SON XƏBƏRLƏR