dini radikalizm və ekstremizmlə mübarizə

Milli Məclis yeni Ombudsman seçkisini gündəmə gətirir - Kim olacaq?..

Milli Məclis yeni Ombudsman seçkisini gündəmə gətirir - Kim olacaq?..
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ Milli Məclisin iclasına çıxarılacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Ancaq yeni Ombudsman seçkisi təxirə düşdüyündən Elmira Süleymanova hələ ki fəaliyyətini davam etdirir. O, iki dəfə 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Oxunub: 824
Oxşar xəbərlər
SON XƏBƏRLƏR