dini radikalizm və ekstremizmlə mübarizə

Bədəni çürüdən, gözü çıxardan dəhşət qapımızda – Video

Baxış Sayı:319

Bədəni çürüdən, gözü çıxardan dəhşət qapımızda – Video

Hindistandan yayılmağa başlayan “Qara göbələk” (“Qara kif”) adlı mukormikoz xəstəliyi artıq Çindən sonra Rusiyada da tapılıb.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu dəhşətli xəstəliyin yayılması böyük həyəcan doğurur. Bu xəstəliyə yoluxanların müalicəsində istifadə edilən vasitə də dəhşətlidir. Belə ki, həkimlər xəstənin yaşaması üçün bir və ya hər iki gözünün cərrahiyyə yolu ilə çıxarılmasını vacib sayırlar.

“Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər”, - hindistanlı həkim Akşay Nair bildirib.

Göbələk xəstəliyinin ağırlaşmasının nəticəsi olan bu xəstəlik immun sistemi aşağı olanlara, o cümlədən diabet xəstələrinə, koronavirus keçirib, immun sistemi zəifləyənlərə daha ağır formada təsir edir.

Bundan əlavə, xəstəlik insan bədəninin çürüməsinə də səbəb olur.

Həkimlər bildirir ki, xəstəlik burundan başlayır və gözə, daha sonra beyinə yayılır. Müalicəsi həddən artıq baha olan xəstəliyin dərmanları da kifayət qədər deyil.

Mütəxəssislərin fikrincə, bu xəstəliklə mübarizə üçün dərhal addımlar atılmalıdır. Xüsusilə infeksiyanın yayıldığı ölkələrdən qida idxalından tutmuş turist səfərlərinə qədər, hər şey ciddi nəzarətə alınmalıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR