dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycandakı hepatitli xəstələrin sayı AÇIQLANDI

Azərbaycandakı hepatitli xəstələrin sayı AÇIQLANDI
Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib.


Modern.az xəbər verir ki, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.


Onun sözlərinə görə, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub:

"Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu, 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılar da olub. Belə ki, 1042 nəfərdə virus olsa da, xəstəlikləri yoxdur. Yəni, onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər".


H.Qədirova qeyd edib ki, eyni anda həm B, həm də D viruslu hepatitə yoluxan insanların sayı 160 nəfər, həm B, həm də C virusundan 156 nəfər olub:


“493 nəfər isə serroz olub. 1259 nəfərdə müalicəyə əks göstəriş qeydə alınıb. Bundan başqa, 59 nəfərdə hepatit A, 160 nəfərdə hepatit B, 154 nəfərdə isə hepatit C virusu artıq xroniki hal alıb".


Eyni zamanda bildirilib ki, dünyada 400 milyon insan bu virusa yoluxub. Hər il bir milyon 400 milyon insan Hepatit virusundan ölür.

Oxunub: 1 222
Oxşar xəbərlər
SON XƏBƏRLƏR