dini radikalizm və ekstremizmlə mübarizə

Teatr növbəti festivala qatılacaq


Avrasiya Teatrlar Blirliyinin, Portuqaliya Mədəniyyət Nazirliyinin, CTB - Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirəcəyi, 8 fərqli ölkə teatrlarının iştirak edəcəyi “III BEYNƏLXALQ TEATR FESTİVALINDA” Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrı təmsil edəcək. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.
Onun sözlərinə görə, teatr bu festivala Azərbaycan Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə qatılır. “Milli teatr festivalında rejissor Tural Vaqifoğlunun quruluşunda E. İoneskonun “Kral ölür” tamaşası nümayiş etdiriləcək. Qeyd edim ki, tamaşada əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov iştirak edirlər. Tamaşa 24 iyulda MAİA, 25 iyulda isə BRAGA şəhərində nümayiş olunacaq”.

Esmira Hidayətova

Oxunub: 191
Oxşar xəbərlər
SON XƏBƏRLƏR