"Haqqımda feysbukda status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı. Şəxs müəyyən olunaraq tapıldı, haqqında qanunla tədbir görüləcək".
Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O, insanları sosial şəbəkədə təhqir edənlərin qanun qarşısında cavab verəcəklərini bildirib:
"Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Evinizdə klaviatura arxasında oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz".
Oxunub: 274