Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.
Djb.az xəbər verir ki, bu barədə APA-ya Hacı Nuran Hüseynov məlumat verib.
O, revmatizmdən əziyyət çəkən Əməkdar artistin bu gün yenidən vəziyyətinin pisləşdiyini deyib: "Zöhrə xanım xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır".
Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Oxunub: 5 419