dini radikalizm və ekstremizmlə mübarizə

Fərhad Əliağaoğlu: "Qarabağ və ana mövzusu musiqimin şah damarıdır"



O Köhnə bakılıdır... Yenilikləri sevsə də keçmiş ənənələrdən, klassik musiqidən bəhrələnir... Musiqilərinə xüsusi həssaslıqla yanaşır. Dinləyicinin fikri, hissi onunçün çox önəmlidir...

Fərhad bəy, sizi həvəskar bəstəkar kimi təqdim edək ?

- Mütləq şəkildə. Çünki, musiqi duyumum olsa da təhsilim yoxdur. Bu yaşımda yaranan musiqilər tanrının hədiyyəsidir və əgər mən sevincimi, kədərimi musiqiyə yansıda bilirəmsə bu bir xoşbəxtlikdir..

20 dən çox mahnı yazmısınız və aranjeman etdirmisiniz... İfaçılardan nəzərdə tuduğunuz kimsə var?

- Röya xanımın ifalarını çox sevirəm və dinləyirəm... Əgər o da bəyənərsə şad olaram. Çünki məhz ifaçı mahnıya ikinci nəfəs verir.

Dediniz ki, şən mahnılar da var..

- Əlbəttə... Məsələn, gözəl ifaçı Nazim Faytonçuya aid maraqlı bir mahnı var ki, onun ses tembrinə çox uyğundur və inşAllah ki, görüşüb, təqdim edərik.
Amma, mənim musiqilərimin şah damarı - Ana və Qarabağ mövzusudur.

Bildiyim qədər ananız rus mənşəlidir və rus dilində də mahnılara üstünlük verə bilərsiniz.

- Yox,bayaq özünüz dediniz ki, mən köhnə bakılıyam, burda yaşayıram, atam bakılıdır, demək ki, mahnılar da öz dilimizdə - Azərbaycan dilində səslənməlidir.

Vətənpərvərlik ruhu musiqinizdə duyulur. Xocalıya, Qarabağa həsr olunmuş musiqilər yəqin ki, ürək ağrısı ilə yaranır?

- Əlbəttə, bu bizim yaralı yerimizdir. Xüsusilə Xocalı... Mən əgər bu hissləri daxilimdən keçirib yaşamasam, yanmasam heç nə alınmaz. Qarabağ sevincini yaşamaq, o həsrətin vüsalına qovuşmaq bir musiqi adamı üçün mütləqdir... Biz vətən sevgisini hər şeydən uca tutmalıyıq.

Maraqlıdır, ailə üzvləriniz musiqinizə necə yanaşır?

- Əlbəttə ki, məni dəstəkləyirlər... Qulaq asıb, fikir söyləyirlər və hamıdan çox onlar hiss edir ki, ömrün bu çağında həyatım necə dəyişib, sanki, yenidən doğulmuşam. Hətta, həyat yoldaşım mahnıma sözlər də yazıb... Elə bu özü, ailəmin musiqimə olan müsbət münasibətinin bariz nümunəsidir.
P.S.Söhbətimiz bitir... Və yenidən musiqiyə sarılırıq... Hətta gözlərimizin yaşardığını belə hiss edirik... Və anlayırıq ki, əsl musiqinin gücü, insanı ruhən yenidən yaratmağa belə qadirdir... İnanırıq ki, Fərhad bəyin ən gözəl mahnıları hələ qarşıdadır...

Təranə Feyzullayeva

Oxunub: 6 435
Oxşar xəbərlər
SON XƏBƏRLƏR