dini radikalizm və ekstremizmlə mübarizə

10 Mart - Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət ordeni ilə təltif olunmuş Canəli Əkbərov anadan olmuşdur!


Canəli Xanəli oğlu Əkbərov 10 mart 1940 - cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda - qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 - ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solistidi, 1976 - cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
BMM - ni və ADÜ - ni bitirib. 1989 - cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1992 - ci ildə Xalq artisti fəxri adları var. 1976 - cı ildən teatrın solistidir. 2002 - ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur.


İlham Əliyev

Oxunub: 726
Oxşar xəbərlər
SON XƏBƏRLƏR