dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Səidə Quliyeva anadan olmuşdur


Səidə Əbülfəz qızı Quliyeva 05 mart 1957 - ci ildə Bakıda anadan olmuşdur. 1978 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.
Böyük səhnədə debütü 1979 - cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş.Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsində" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır.
Səidə Quliyeva 2000 - ci ildə respublikanın Əməkdar artisti, 09 may 2012 - ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014 - cü ildə, 06 may 2015 - ci ildə, 06 may 2016 - cı ildə, 01 may 2017 - ci ildə və 09 may 2018 - ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2019 - cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.


İlham Əliyev

Oxunub: 1 002
Oxşar xəbərlər
SON XƏBƏRLƏR