dini radikalizm və ekstremizmlə mübarizə

“Mən öləndə ağlama” tamaşası Diyarbakırda


Bu günlər GTTnin “Mən öləndə ağlama” tamaşası Diyarbakır, Mordem sənət mərkəzinə birinci solo Beynəlxalq Teatr Festivalına dəvət alıb. 8-16 fevral tarixlərində baş tutan festivala Hollandiya, İran, Türkiyə, Tiflis nümayəndələri də qatılmışdı. Azərbaycan tamaşaçısı tərəfindəən uğurla qarşılanan bu tamaşa, türk tamaşaçısının da rəğbətini qazana bildi. İstedadlı aktrisa Səbinə Məmmədovanın bu tamaşada yaratdığı obraz əlbəttə ki, təqdirə layiqdir. Aktrisa öz obrazının mahiyyətini dərindən dərk edərək, yola çıxır. Nəticədə obrazın mükəmməliyi tamaşaçını tez bir zamanda ələ alır. Tamaşanın musiqi həlli isə Zaur Rəşidova məxsusdur. Gənc rejissor Ayla Osmanovanın verdiyi uğurlu quruluş bir rejissor olaraq onun çoxşaxəli istedadını bir daha vurğuladı. Və nəhayət əsərin müəllifi Pərvin Nurəliyevanın qələmindən çıxmış hər yeni səhnə əsəri kimi bu əsər də tamaşaçını ovsunlaya bildi. Əsərdə qadın həyatı, qadın psixologiyası öndə olduğu üçün və bu üçlüyün gənc və istedadlı olmasını nəzərə alsaq, tamaşanın uğurunu təsəvvvür etmək heç də çətin olmaz... Tamaşadan sonra isə müəllif, “Qadın” kitabını oxucuları üçün imzaladı. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və şəxsən Günay Rəhimova bu layihənin həyata keçirilməsində dəstək olmuşlar. İnanırıq ki, Azərbaycan Teatrının ən böyük uğurları hələ qarşıdadır !

Təranə Feyzullayeva

Oxunub: 766
Oxşar xəbərlər
SON XƏBƏRLƏR