dini radikalizm və ekstremizmlə mübarizə

"Ədəbi yolda hələ də yorulmadan irəliləməkdə olan bir şəxsiyyətin özünəməxsus həyatından qısa fraqmentlər".


Mən hər təbəssümü ilə, nəyin ki, elm adamlarının, hətta hər bir kəsin qəlbində xoş təəssüratlar oyadan bir şəxsdən danışmaq istəyirəm. Onun adı Məti Bayramlıdır. Amma ictimaiyyət onu daha çox “Məti Osmanoğlu” kimi tanıyır. Məti müəllim pedaqoq olmaqla yanaşı, həm də ki, bir həyat öyrətmənidir. 17 yaşında ikən, tələbə olmaq arzusu ilə dogma yurdu olan Qazax rayonunun Sadiqli kəndini tərk edib Bakı şəhərinə üz tutmuşdu. Onu bu “Küləklər şəhəri” adlanan vilayətdə çox böyük uğurlar, yüksək nailiyyətlər və müvəffəqiyyətlər səbrsizliklə gözləyirdi. Məti müəllim Ulu Tanrının onun üçün hazırladığı bu gözəl nemətə qovuşdu və bu gün Azərbaycanın genişmiqyaslı bir çox elmi, ədəbi məclislərində barmaqla göstərilə bilinəcək bir insanın səviyyəsinə yüksəlmiş bir zatdır. Ömür yollarını hansı istiqamətdə müəyyənləşdirməkdə çətinlik çəkən bir çox tələbə və yaxud da gənc bu sıxıntının aradan qaldırılması üçün lazımlı məsləhətləri məhz ondan almağı lüzum görür. Mən öz apardığım müşahidələrdən belə nəticə çıxartdım ki, Məti müəllim həm Filologiya və həm də ki, Jurnalistika fakültələrinin peşəkar, daha doğrusu, xalq dili ilə desək, Ağsaqqal müəllimidir. Bir insanı ucaldan onun gözəl nitqi, səlis tələffüz qaydaları və dünyaya yaxşı bucaqdan baxmasıdır. Əgər bu müsbət keyfiyyətlər həmin insanda cəmləşmişdirsə, deməli, o şəxs, həqiqətən də, çox xoşbəxt və şanslı bir insandır. Adını qeyd etdiyim və şəxsiyyətinə sayğı ilə yanaşdığım hörmətli Məti Osmanoğlu da bu cür kateqoriyada özünə layiqli bir yer tutmaqdadır. O, öz sınmaz iradəsinin bir möhtəşəm nəticəsi olaraq ədəbiyyat sahəsində adları sevilərək çəkilən xeyli elmi əsərlər qələmə almış və apardığı təhlili-araşdırmaların, savadının güclü projektoru ilə bir çox qaranlıq qalmış gizlinlərə, üstü açılmamış mətləblərə işıq salmağa nail ola bilmişdir. Bəli, bu günləri biz tələbələrin, gənclərin Məti müəllimə və onun timsalında olan bir çox alicənab insanların məsləhətinə, öyüd-nəsihətinə, doğrudan da, çox böyük bir ehtiyacı vardır. Hər an ayağı büdrəməkdə olan gəncliyin həyat təcrübəsi görmüş, ömür sınağından ləyaqətlə çıxmış bir kəsə ehtiyacı vardır.

Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, 105 №-li qrupda oxuyan III kurs tələbəsi Ərtoğrul Mehdizadə

Oxunub: 797
Oxşar xəbərlər
SON XƏBƏRLƏR