dini radikalizm və ekstremizmlə mübarizə

"Varislər"


Bu tamaşaya çoxdan baxmaq istəyirdimm... Təkcə adı belə marağıma səbəb olmuşdu... o ki, qaldı bütöv tamaşa. Nəhayət ki, tamaşa başladı və mən istedadlı rejissor Bəhram Osmanovun növbəti sənət imzası ilə baş başa qaldım.
Tamaşa bir ailənin faciəsini deyil, cəmiyyətdə baş verən təzadlı hadisələri obrazlar vasitəsi ilə bizə çatdırır... Ailənin nizam intizamının pozulması, doğmaların arasında çoxdan itirilmiş bağlılıq, bitib-tükənən sevgi, münasibətlərin kəskinləşməsi tədricən tamaşaçını daha böyük faciəyə hazırlayır ki, bu da finalda özünü daha kəskin biruzə verir ki, bu baxımdan rejissorun əməyi danılmazdır. Sadəcə bir nüansı qeyd edim ki, tamaşada musiqidən çox səthi istifadə olunub ki, bu da tamaşadakı dinamikaya kölgə salır.
Tamaşada bütün aktyor heyətinin oyunu ayrı-ayrılıqda maraqla baxılır. Məsələn Qurban İsmayılov səhnədə çox məzəli və xarizmatikdir. Nəsibə Eldarova obrazı ilə sanki yeni nəfəs, yeni rəng qatır tamaşaya. İlham Əsədova gəldikdə isə bu səpgili rollar onu bir aktyor kimi daha gözəl xarakterizə edir. Ümid edirik ki, bu qəbildən obrazları hələ qarşıdadır.
Həhayət tamaşada xüsusi qeyd etmək istədiyim aktyor Elnur Kərimov! O əlbəttə ki, faktura etibarı ilə bütün baş rollara yaraşır. Amma buna aktyorun xüsusi istedadını, səhnə cazibəsini və ən əsası cani dildən oynamasını əlavə etsək nəticə göz qabağındadır. Bəli məhz cani-dildən ! Bu tamaşada o bunu yaşadı və biz tamaşaçılara bu hissi yaşatdı.
Tamaşada bütün aktyorların rejissor tərəfindən yerli yerində seçilməsi onlara sərbəstlik verilməsi də nəzərdən qaçmır.
"Varislər" tamaşası Gtt nın növbəti uğurudur. Mənim sevimli teatrıma isə bu yaraşır zatən!

Təranə Feyzullayeva

Oxunub: 866
Oxşar xəbərlər
SON XƏBƏRLƏR