Sizə heç belə sual ünvanlayıblar mı?
-Aytən sən terroristsənmi?
+ Xeyr,əlbətdə ki, mən terrorist deyiləm!!!
Amerikaya gəldiyimdən bu günə rahatlıqla deyə bilərəmki, bir çox dəfə təkrar etmək məcburiyyətində qaldığım ən narahat edici cümlə, “Mən terrorist deyiləm!” olub.
9 aydır ki, ABŞ-dayam və bir çox tədbirlər və təqdimatlar keçirdim. Görüşlərə gələn kütləyə gəldiyim ölkə, ordakı ədat ənən tarix və s. kimi mövzulardan danışırdım.Əlbətdə ki, işim iki dəfə çətin olurdu hər səfəsində iki mədəniyyətdən danışırdım. (Gürcü və Azərbaycan). Xoşbəxtlikdən hər bir mövzuya böyük maraq oyanırdı və dinləyici kütləsindən suallar səslənirdi. Bu səfər öhdəliyimə ən vacib və ən məsuliyyətli iş düşdü. Dinimdən, islamdan danışmalı idim. Günlər, gecələr yatmadan təqdimat üçün hazırlandım. Araşdırmalar etdim, bir daha dinimizin gözəlliklərinin fərqinə vardım və bu gün rahatlıqla və qürurla deyə bilərəm ki, mən bunu bacardım, dinləyicilərimə islam terror və müsəlmanların terrorist olmadığını təstiqlədim. Dinimiz haqqında daha geniş məlumata sahib olan dostlarımında köməyi ilə islamın yaradılış tarixi, onu insanların ürəyinə və beyninə həkk edən mübarək şəxslər, islamın qadına olan yanaşması, islamın tolerantlığından və s. kimi mövzular haqqında təqdimat hazırladım. Onlara sırf müsəlman olduğuma görə mənə Aytən sən terroristsənmi, sualının insanı necə yaraladığını dedim. İslam dini çox heyif ki, dünyada qadının tapdalandığı bir din kimi tanınır, çıxışımda bunada böyük bir yer ayırmışdım, dinimizin qadınlara vədd etdiklərini və yanaşması haqqında danışanda hərkəs çox təəcübləndi. Bəlkədə təsəvvür etmək çətindi ancaq kilsədə əzanı səsləndirdim. Əzan oxunarkən bir çoxunun üz ifadələri dəyişməyə başlamışdı, həqiqətəndə Əzan cox müqəddəsdir. Həmin an ki, xoşbətliyimi təsəvvür edə bilməzsiniz. Hiss edirdim ki, fikirləri dəyişməyə doğru gedir. O an sanki, mənə fərqli bir güc gəlmişdi və çıxışım sonlandığında bir çoxunun gözü yaşlı mənə yaxınlaşıb üzr istəməsi, bəzilərinin fikirlərini dəyişdirdiklərini deməsi məni hədsiz xoşbəxt etdi. Təqdimatımın sonunda Kilsənin naziri mənim yanıma yaxınlaşıb hərkəsin garşısında məndən və bütün müsəlmanlardan, bizi terrorist adlandıran şəxslər adına üzür istədi, bundan əlavə təqdimatda işdrak edən hərkəs Ramazan ayında mənimlə birgə bir gün Oruc tutub Kilsədə iftar təşkil etmək istədiklərini bildirdilər. Bir necə universitet və məktəblərdən təklifdə aldım və görüşlərim davam edəcək.
P.S ad çəkməyəcəm yardımçı və dəstək olan hərkəsəs dərin minnətdarlığımı bildirirəm.
Aytən Rüstəmova
Oxunub: 773