dini radikalizm və ekstremizmlə mübarizə

Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti

Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti
Dünən Heydər Əliyev sarayında müğənni Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti baş tutub. Möhtəşəm konsert haqqında müğənninin dedikleəri :
“Ölkənin ən mühüm səhnəsi olduğu üçün həyəcan var. Bu mənim ilk solo konsertimdir. Düşünürəm ki, mənim yerimdə olan hər bir sənətçi eyni hissləri keçirərdi.
Həm öz mahnılarım həm də repertuarımdan kənar mahnılar ifa edəcəyəm. Əsas odur ki, insanların sevdiyi bəstələr səslənəcək.
İstəyirəm ki, Bakıdan danışaq, dinləyicilərə xoş əhval-ruhiyyə verək”.
Həm də 50 illik yubileyini qeyd edən sənətçi daha sonra səhnəyə çıxaraq zalda əyləşənləri salamlayıb.
Ard-arda “Faytonçu”, “Yuxu”, “Gözləyəcəyəm” kimi sevilən mahnılarını səsləndirən ifaçının “Necə unudum səni” adlı bəstəsi xüsusi alqışla qarşılanıb.
Tanınmış simaların da qatıldığı gecədə xalq artisti Flora Kərimova da iştirak edib. O, tədbirin səbəbkarı haqda müstəb fikirlər səsləndirib.
Fürsətdən istifadə edərək, müğənnini həm yubileyi, həm uğurlu solo konserti ilə təbrik edirik. Ona ən əsas can sağlığı arzu edirik. Ümid edirik ki, belə konsertlər tez-tez təşkil olunacaq.
Təranə Feyzullayeva.

Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti

Oxunub: 973
Oxşar xəbərlər
SON XƏBƏRLƏR