dini radikalizm və ekstremizmlə mübarizə

Tarzən Məmməd Ağasıyevin xatirə gecəsi keçirildi

Tarzən Məmməd Ağasıyevin xatirə gecəsi keçirildi

Fani dünyada insan etdiyi savab əməlləri, xeyirxahlığı ilə yadda qalacaq. Sağlığında axirəti üçün çalışan insanlardan biri də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” ictimai birliyinin sədri xanım Qənirə Paşayevadır. İşlərinin çoxluğuna, vaxtının məhdudluğuna baxmayaraq o, türk dünyası ilə mədəni əlaqələrin genişləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün əllərindən gələni əsirgəmir. Öz şəxsi həyatını arxa plana keçirən bu vətənpərvər xanım daha bir xeyirxahlıq nümunəsi göstərdi: Tanınmış tarzən, indi haqq dünyasında olan Məmməd Ağasıyevin 70 illik yubileyinin keçirilməsinə dəstək göstərməklə Allah dərgahında savab əməl sahibi oldu.
1948-ci il noyabrın 24-də Astara rayonunda anadan olmuş Məmməd müəllim uzun müddət Azərbaycan mədəniyyətinin inkişafına dəstək göstərib. Noyabrın 24-də övladlarının təklifi, aidiyyəti orqanların dəstəyilə M.Ağasıyevin 70 illik yubileyi qeyd edildi.Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbiri şair İlqar Fəhmi açdı. Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev, Milli Məclisin deputatı xanım Qənirə Paşayeva, jurnalist xanım Sədaqət Kərimova tarzən Məmməd Ağasıyevin maraqlı ömür yolundan söhbət açdılar. “Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti” QSC-nin nəzdində fəaliyyət göstərən Xalq Çalğı alətləri ansamblının üzvləri, Azərbaycanın Xalq artistləri Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Respublikanın Əməkdar Artisti Feyruz Səxavət maraqlı konsert proqramı ilə çıxış etdilər.
Sevinc Məmmədqızı çıxış edərək ailə üzvləri adından xüsusi minnətdarlığı Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə, habelə, Milli Məclisin deputatı xanım Qənirə Paşayevaya, “Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti” QSC-nin və “Mədəniyyət Kanalı”nın işgüzar kollektivlərinə çatdırdı.
Tədbir tarzən Məmməd Ağasıyevin qızı Sevinc xanımın ifasında “Xatirələr” mahnısı ilə sona çatdı.

Fotolar: Nəriman İsmayılova məxsusdur.


Şamil Sabiroğlu,
Şamilə Şamilqızı.
“fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbirləri.

Tarzən Məmməd Ağasıyevin xatirə gecəsi keçirildi

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR