dini radikalizm və ekstremizmlə mübarizə

Qədim türk yurdu olan Böyük Vedinin mərkəzində çox iri olan bir təpə vardı.Buraya vaxtilə Qalabürc deyərdilər


Qədim türk yurdu olan Böyük Vedinin mərkəzində çox iri olan bir təpə vardı.Buraya vaxtilə Qalabürc deyərdilər. Ötən əsrin əvvəllərində buradakı qala hələ də dururmuş. Oradan baxanda Böyük Vedinin bütün evləri, məhəllələri çox aydın görünürmüş. Qalaça müdafiə məqsədilə hörülmüş , enli və uca palçıq divarla əhatə edilmişdi. Həmçinin qalaya üç tərəfdən giriş-çıxış qoyulmuşdu. Tariximizin qanlı-qadalı 1918-1920-ci illərində Abbasqulu bəy Şadlinski erməni daşnaklarına qarşı ən ağır döyüşləri buradan idarə edibdir.İgid komandir Vedi uğrunda sonuncu döyüşü də məhz buradan idarə edibdir. Lakin qeyri-bərabər döyüşdə hərbi sursatın tükəndiyini görübdinc əhalini qorumaq üçün Vedini müvəqqəti tərk etməyə məcbur olubdur. Abbasqulu bəydən sonra qalaya daxil olan quldur daşnaklar buranı xarabalığa çeviriblər. Böyük bir qəhrəmanlıq tarixinə şahidlik edən qala da elə o vaxt uçurdulubdağıdılaraq böyük təpə əmələ gətiribdir. Tarixi Böyük Vedinin şimal qurtaracağındakı sarı torpaqlı təpəyə Sarıdolama deyilirdi. Burada ulu əcdadlarımızın əbədi uyuduğu qədim Sarıdolama qəbiristanlığı yerləşirdi.Təbiətin qüdrətindən yaranan silsilə qayalıqlara Gavur qalası deyilirdi. Buranı təbiət sanki qəhrəman vedililər üçün istehkam yaratmışdır. 1918-1920-ci illərdə Böyük Vedi kəndi daşnakların hücumlarına məruz qalanda Abbasqulu bəyin başçılıq etdiyi Vedibasar özünümüdafiə qüvvələri dəfələrlə burada düşməni darmadağın edibgeri çəkilməyə məcbur etmişdir. Son dərəcədə gözəl olan və narıncı rəngə çalan Gavurqala qayalıqlarındakı təbii böyük meydanın bir tərəfində qaralan kaha ağzı vardı ki,bu mağara “Divlər otağı” adlanırdı.Əlbəttə ki,burada div yaşamayıbdır. Bəlkədə, tarixin hansısa dövründə Abbasqulu bəy kimi div hünərli igidlər yaşayıblar.Günbatana doğru uzanan sıldırım qayalarda olan mağara göyərçinlər mağarası adlanırdı. Çox güman ki, mağaranın bu adı orada həmişə çoxlu yaradanların və göyərçinlərin olması ilə bağlı olubdur. Gavur qalasının Ağdağa doğru uzanan hissəsinə Gavur qalasının Qumluğu, Qumlucası da deyirdilər.Bu əraziningünbatan tərəfində qayaların arasındakı dərə ilə çay axırdı. Bu çaya Qotur bulağının mineral suyu qarışdığından dərə Qoturbulaq dərəsi adlanırdı. Qoturbulaq dərəsinin girəcəyində Damdıra adlı qaya vardı. Daşla çalınanda bu qaya çox qəribə, məhz tambur səsinə yaxın gur səs çıxarırdı ki, bu da onu Qobustandakı qavaldaşına daha çox oxşadırdı. Buradan bir qədər yuxarılarda isə Süzəni dölləyi adlanan yer vardı. Əyricə yaylağına yaz gec gələndə camaat öz qoyunlarını burada saxlayardı.Süzəni dölləyindən Millidərəyə doğru uzanan yol isə müqəddəs Allahu-Əkbər dağına gedirdi.
Bu həmin Allahu-Əkbər dağıdır ki,Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarqamış əməliyyatını həyata keçirib. "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.Yeri gəlmişkən onu da qeyd edək ki,Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-1879-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan həmin bölgə 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı Türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıkamış torpaqlarını düşmən işğalından əbədi azad edib. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.Vedinin qüdrətdən səngərli qalalı dağlarını xatırlatmaqda məqsədimiz odur ki, sanki təbiət əvvəldən olacaqları bilirmiş kimibelə bir möhtəşəmliyi özündə ehtiva etmişdir və burada doğulanlarında təbii olaraq cəsurluqları ilə qəhrəman olmaqları mütləqdir .Abbasqulu bəy Şadlinski də məhz belə bir məkanda doğulub, böyüyüb,bərkiyib,igid yoldaşları ilə birlikdə qəhrəmanlıq salnaməsi yaratmışlar.
Lakin tarix həmişə ədalətli olmadığı üçün Abbasqulu bəy Şadlinski və onun kimi onlarca igid soydaşlarımızın Azərbaycan xalqı qarşısında göstərmiş olduqları müstəsna xidmətləri nədənsə ört-basdır edilmişdir.Xalqımızın tarixində elə şəxsiyyətlər olub ki, adları ilə tariximizin unudulmuş qaranlıq yollarına işıq saçır,uzun əsrlik yollarımızı aydınlığa çıxarır.Belə oğulların adları nəinki bir xalqın, bir dövlətin bəzən bütün bəşəriyyətin mənəvi-psixoloji, fəlsəfi abidəsinə çevrilir.Biz onların xalqımızın qəhrəmanlıq tarixini yaşatdıqları adları qarşısında baş əyir,həqiqi qəhrəmanlığın rəmzi olan bu müqəddəs adları yad edirik və etməyə borcluyuq.Xalq onun azadlığı uğrunda vuruşanların fəaliyyətini, qəhrəmanlığını unutmur,ona əfsanəvi sifətlər verərək yaşadır.Lakin zaman keçdikcə bu əfsanələr məhz əfsanə kimi danışılır, əfsanə kimi qeyd edilir.Tarixi prosesin iştirakçıları böyük xalq kütlələri olsada,tarixi prosesin real tarixi hadisə kimi yadda qalması,yazıya köçürülməsi üçün tarixçilərin fəaliyyəti olduqca vacibdir.Çox da uzaq olmayan tarixi keçmişimizə nəzər yetirdikdə görürük ki,öz ölümsüz həyatı ilə ölümsüzlük qazanan, özünü xalqının müqəddəs məhəbbətinə çevirən Abbasqulu bəyin qəhrəmanlığı kimi qəhrəmanlıq göstərmiş igidlərimizin fəaliyyəti tarixçilərimiz tərəfindən araşdırılmamışdır. Rusiya imperiyası dağılandan sonra Azərbaycan torpaqlarında ilk yerli özünüidarəetmə və özünümüdafiə orqanı formalaşdıran Vedi torpağında dünyaya gəlmiş Abbasqulu bəy Şadlinski olduğu kimi1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi zamanı silahlı erməni quldur dəstələrinin hücumlarından Ağdərə sakinlərini kütləvi qırğınlardan xilas etmək üçün1989-cu ildə Azərbaycan Respublikasında ilk özünümüdafiə dəstəsini yaradan Novruzov Əvəz Əli oğlu olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə bütün kəndlərdə özünümüdafiə dəstələri yaradılaraq 1989-1992-ci illərdə düşmənə ağır zərbələr vurulmuşdur.Abbasqulu bəyin 1918-1920-ci illərdə apardığı mübarizənin sonunda geri çəkilməsinin səbəbi Amerika-İngiltərə-Rusiya dövlətləri tərəfindən silahlandırılan daşnak respublikasının qaniçən ordularından camaatı xilas etmək olduğu kimi Əvəz Novruzovun rəhbərlik etdiyi özünümüdafiə dəstəsi də o vaxtkı hökumət və hakimiyyət orqanlarının xəyanətindən istifadə edən ermənistan silahlı qüvvələrinin qırğınından dinc sakinləri qorumaq üçün geri çəkilməyə məcbur olmuşdur.Hadisələr müxtəlif illərdə baş versədə nəticə etibarilə eynilik təşkil edir. Abbasqulu bəyin rəhbərliyi ilə təkbaşına döyüşən Vedi özünümüdafiə dəstələri öz vətənlərində köməksiz qaldığı üçün geri çəkilir,həmçinin Əvəz Novruzovun rəhbərlik etdiyi Ağdərə rayonunun özünümüdafiə müdafiə dəstələri Azərbaycan Respublikasına rəhbərlik edən qüvvələrin xəyanəti nəticəsində tək qaldığı üçün geri çəkilirlər. Bütün bunlar bütov bir xalqın tarixidir.Əlbəttə ki,xalq öz qəhrəmanını unutmur,ona nəğmələr qoşur,təkrar-təkrar danışaraq əfsanələr yaradır.Ancaq bir məsələni unutmaq olmaz ki, zaman keçdikcə real tarixi qəhrəmanlarımız əfsanəvi qəhrəman kimi xatırlanacaqdır.Bu halın baş verməməsi üçün tarixçilərimizin üzərinə böyük məsuliyyət düşür. İstənilən hadisənin tarixi elmi ədəbiyyatda öz əksini tapmalıdır ki, elm onu qəbul etsin.Unutqanlığımızın,səhlənkarlığımızın,hətta məsuliyyətsizliyimizin nəticəsi olaraq tariximiz dəfələrlə düşmənlərimiz tərəfindən dəyişdirilib və təhrif olunmuşdur. Tarix o zaman yaşadılır ki, baş verən hadisələr vaxtında yazılır.Tarix həyatdır, həyatın içərisində hadisədir.
Tarixhəyatdır deyirik. Bəs bu həyatı necə salnamələşdirməliyik ki, gələcək nəsillərin də ötən həyatlardan və hadisələrdən xəbəri olsun. Tarix bəzən heç də olduğu kimi nəsillərdən-nəsillərə ötürülmür. O, kiminsə istəklərinin də qurbanı olur, təhriflərlə də üz-üzə qalır. Bəs necə etməli ki, yaşanan tarix olduğu kimi yaşadılsın. Axı buna bütün cəmiyyətlərin ehtiyacı var. İnsanlar öz həqiqi keçmişini öyrənmədən, bilmədən hansı tarix, dəyər üzərində həyatını davam etdirə bilər?.
Zaman ötdükcə tarix dəyişir, öz dövrünə məxsus olanları “çiyinlərində” daşıya-daşıya keçmiş olur. Baxmayaraq ki, biz də həmin zamanlarda tarixin yanında oluruq, onu gündəlik həyatımızda yaşayırıq, lakin həmin yaşananları yazmasaq, arxivləşdirməsək, tarixləşdirməsək, olanlar da bizim kimi dünyasını dəyişib əbədiyyətə qovuşa bilər. Bu isə istənilən bir xalqın yaşadığı tarixi itirməsi ilə nəticələnər. Belə olan halda isə biz itirdiklərimizlə nə xalq, nə də millət ola bilərik. Odur ki, tarixi yaşatmağın bütün vasitələrindən istifadə etməklə buna nail olmalıyıq. Beləliklə, tarix və biz bir-birimizlə sıx əlaqədə olan ikimaddi və mənəvi varlığıq. Tariximizi bilməriksə, deməli, yoxuq. Eləcə də tarix biz yoxuqsa, yaşanmasının nə mənası var...
Ümumiyyətlə insanlar və yaxud xalqlar öz tarixlərini yazmasa, bu işi başqaları istədiyi, bildiyi və öz xeyirləri,mənafeləri naminə yazacaqlar. Eyni zamanda tarixdən dərs alıb öyrənməyənlər,eyni şeyi təkrar yaşamağa məcburdur, məhkumdur.İrlandiyalı məşhur dramaturq, tənqidçi, “Nobel “mükafatı laureatı Corc Bernard Şou fikirlərinin birində qeyd edir ki, tarixdən götürüləcək dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər . Sürətlə inkişaf edən,qloballaşan yaşadığımız bu dünyada digər şeylər kimi tarix də ortaq sərvətlərdən biridir.Ona görə də işlərimizi elə qurmalıyıq ki, bu menyudan daha çox pay götürə bilək,tarixi olmayan və buna görə də məhvə məhkum olanlardan olmayaq,bu günümüzü keçmişdən dərs alaraq quraq,gələcəyimizə doğru uğurla addımlaya bilək. İndiyədək yazılmış tariximizə nəzər saldıqda görürük ki, Azərbaycan tarixinin yazılmasında, əsasən ,ərazi prinsipi əsas götürülmüşdür və milli-etnik amil arxa plana keçirildiyindən tariximizin, mədəniyyətimizin bir çox qaranlıq qatlarına hələ də işıq salınmamış,xüsusilə xalqımızın yadellilərə qarşı milli azadlıq mübarizəsinin ən şərəfli,qürurverici səhifələri bağlı qalmışdır və bu proses hələ də davam edir.Bununla yanaşı tarixçilər Azərbaycan adlı məmləkətin tarixinə toxunduqda əksər hallarda müasir Azərbaycan Respublikasının sərhədləri daxilində olan ərazilərdən kənarda qalan, tarixin müxtəlif aşamalarında işğal olunmuş qədim Azərbaycan torpaqları ilə bağlı hadisə və şəxsiyyətləri az qala tamamilə unutmuşlar. Minilliklər bundan öncə türk yurdu olan Azərbaycan xalqının böyük,şanlı dövlətçilik tarixi mövcud olmuşdur. Təəssüf ki, bir çox hallarda xalqımızın və dövlətimizin qorunmasında müstəsna xidmətləri olmuş soydaşlarımızın fəaliyyəti hər hansısa səbəbdən unudulmuşdur. Xalqımızın qəhrəmanlıq tarixinin belə unudulmuş şanlı,şərəfli səhifələrindən biri də tarixi torpaqlarımız olan və hal-hazırda quraşdırma " Ermənistanın-Hayıstanın" Vedibasar mahalında hay-daşnak quldur hərbi birləşmələrinin təcavüzünün qarşısını almaq məqsədilə Abbasqulu bəy Şadlinski tərəfindən yaradılmış Vedibasar özünümüdafiə dəstələrinin 1917-1920-ci illərdə apardığı şərəfli mübarizədir. Məlum olduğu kimi tarixdə heç bir vaxt dövləti,dövlət qurumu olmayan haylar Türkiyə,Azərbaycan,Gürcüstan torpaqları hesabına " Böyük Hayıstan" xülyalarını həyata keçirmək üçün XX əsrin əvvəlindən başlayaraq fəal təcavüzkar planlarını həyata keçirməyə başladılar. Bu planın əsas məqsədi Osmanlı-Qacarlar-Azərbaycan torpaqları arasında terorçu bir dövlət formalaşdırmaq olduğu üçün hay-daşnak hökümətinin İrəvan-Naxçıvan istiqamətindəki hücumları olduqca kəskin şəkil almağa başladı.
Bu heç də təsadüfi bir işğalçı addım deyil idi.
Çünki Naxçıvanı işğal etmək hayların planının əsas tərkib hissələrindən biri idi.Ancaq İrəvanla Naxçıvan arasında heç gözləmədikləri bir halda keçilməz bir sədd olan Vedibasar mahalı və onun istedadlı,qəhrəman sərkərdə,bütün ömrü boyu hay millətçilərinin qənimi olan Abbasqulu bəy Şadlinskinin komandanlıq etdiyi Vedibasar silahlı dəstələri dururdu. Quldur daşnaklar bu səddi yarmağa dəfələrlə riyakar , diplomatik, hiyləgər hərbi cəhdlər etsələr də heç bir uğur əldə edə bilmədilər və xeyli tələfat verərək geri çəkilməyə məcbur oldular. Abbasqulu bəy Şadlinskinin dünyagörüşü,düşüncəsi,hadisələrə qiymət vermək qabiliyyəti onu bir komandirə xas olan xüsusiyyətlərin fövqündə göstərirdi.O öz fəaliyyətini təkcə bir döyüşçü kimi yerinə yetirməkdə görmür,təkcə quldurlara qarşı müharibə aparmr,eyni zamanda on minlərlə dinc əhalinin təhlükəsizliyinin qayğısına qalır,hərbi silah,sursat azaldığı vaxtda dinc əhalini dəfələrlə bir kənddən digərinə, hətta Cənubi Azərbaycana köçürülməsini,təhlükə soruşanda geri qaytarılmasını təmin etmişdir. Bütün bunlar onun müxtəlif hərbi-siyasi proseslərdə uğurla nəticələnən qərarlar qəbul etmə bacarığında olan rəhbər olduğunu birmənalı şəkildə sübut edir.

[center][/center]ƏSAS HİSSƏ
Ümumtürk tarixində qədim tayfalardan biri olan Şadılı,Şadlı,Şadlinskilər sülaləsi haqqındakı rus mənbələrində qeyd edilir ki,bu sülalə XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıbdır.Ötən əsrin əvvələrindən başlayaraq Azərbaycanın ictimai-siyasi, hərbi,maarif və elm sahəsində xüsusi xidmətləri olmuş Şadlinskilər onun dörd oğlunun ( Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin) nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər, maarifləndirici və mütərəqqi fikirləri ilə fərqləniblər.Bu sülalənin nümayəndələri xalqımızın haqq və ədalət uğrunda apardığı mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri olan,bəlkə də, məhz özləri olan Şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər. Bəzi tarixi mənbələrdə isə bu sülalənin tarixi haqqında olan məlumatlar onların tarixini daha qədimlərə aparıb çıxarır. Tarixi Vedibasar mahalında dünyaya gəlmiş görkəmli alim,professor Firudin Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Vedibasar bölgəsində şadılı boyunun tarixi çox qədim çağlara aiddir. Urmu hövzəsində isə şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid asur qaynağı da təsdiq edir. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir( İqor Mixayloviç Dyakanov-Urartu tarixi haqqında Aşşur-Babil qaynaqları." Qədim dünya tarixi",N; 2-3,1951.səh 10)
Türkiyə tarixçilərinin əsərlərində də bu barədə tutarlı məlumatlar az deyildir.
Türkiyəli tədqiqatçı Professor. Doktor Veli Saltık yazır ki: “935-ci ildə Şadılılar Araz və Kür çayları arasında, antik dövrdə “Antopatan”adlanan coğrafi bölgənin quzeyində yerləşən və daha sonra “Aran” adlanan bölgədə 951-1064-cü illərdə hökmdar olmaqla, 1174-cü ilə qədər bir dövlət qurdular”( mənbə;Saltik Veli " Sadiler ve Kockiriler"- Kuloğlu Matbaacılık, Ankara 2011).
Şadlı tayfası Qərbi Azərbaycan və Naxçıvan ərazisində yaşayıblar və onlar Xəzər xaqanlığı dövründə bu böyük dövlətə tabe idilər. Türk soylu olan bu tayfa Xəzər xaqanın böyük oğlu və xaqanlığa namizəd olan vəlihədlərə xidmət edirdilər. O dövrdə isə böyük bir coğrafiyaya hökm edən Xəzər xaqanlığı ərəblərin hücumlarına qədər bura Şadlı torpaqları kimi olub və ərəblər bura gələndə onların yanında olan səlnaməçilərin qeydlərindən sonra bəzi ərəbdilli yazılı qaynaqlara Şadın ölkəsi kimi düşmüşdür.Şadılılar istər Xorasan bölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadılı adı vermişlər. Sonradan ərəblərin qeyd etdiyi kimi guya Şadlılar ulu babası Səədin ərəb kökənli olub və İmam Həsənin soyundandır, bunu fars qaynaqları yazıblar və çox təəssüf ki, Osmanlı tarixçiləri də ona inanıb yazıblar. Tarixçi alim, dostum, Azərbaycan tarix elmində ilk dəfə olaraq Urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan Ramin Əlizadə yazır: “Biz tarixə nəzər salsaq ərəb işğalından sonra regionda bir çox yerlərə ərəblərin hakim olmasını görə bilərik, lakin bu regionda hakimlərdən birinin Səəd olması haqqında istər yazılı qaynaqlarda, istərsə də numizmatik materiallarda məlumatlar yoxdur”
Sonradan bu adlar bir az təhrif olunsa da “Şidli”, “Şadılı”, “Şatırlı”, “Şəddadi” adlarını saxlamışlar. İstər arxeoloji abidələri, yazılı qaynaqları, istərsə də numizmatik materialları araşdırarkən biz daha çox Şadlı sözünə rast gəlirik nəinki Şəddad. Şəddadilər Şadlı sözünün dil üslubuna görə yaranmış adıdır. Orjinalda Şadlı dövləti, rus-osmanlı-fars dilinə yazılanda şəddadi kimi yazılıb, bəlkə də, qəsdən edilib ki, Şadlı tayfasının qədim soyunu silsinlər tarixdən.Şəddadi “Şadlı” sözü ərəbcə “Şədd” kimi tələffüz olunmuşdur, “ad//at” isə ərəbcədə başqa dillərdən alınma sözlərə artırılan cəm şəkiçisidir. Çağdaş dövrdə maraqlandığımız və araşdırdığımız bəzi ölkələrin tarix kitablarında yazılan Şəddadilər adlı dövlət kürd dövləti deyil, orjinal-əsl adı Şadlı dövlətdir.Həmçinin qədim türk xalqıdır və Azərbaycan, xüsusilə Qərbi Azərbaycan ərazisində tarixən yaşayıblar. Dədə Qorqud dastanında adı qeyd edilən Bayandur xan da bu tayfaya aid olan şəxsiyyətlərdən biridir.Şəddadilər adı isə Şadlı adının sonradan yanlışlıqlamı,yoxsa bilərəkdənmi təhrif edilmiş formasıdır. Bu tayfanın türk olmasının ən böyük və tutarlı sübutu isə Orhon abidələrdir. Həmin tarixi abidədə konkret olaraq yazılıb ki,:
İki oğluma yabğu-şad adı verdim.
Yeddi yüz kişini döyüşə aparanın böyüyü Şad idi. Bütün bu tarixi mənbələrdə olan məlumatların davamı olaraq qeyd edilməlidir ki, Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə də çəkilmişdir. Məsələn, bu qədim türk tayfasının ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olmuşdur. Rusiya-Qacarlar müharibəsinin getdiyi bir vaxtda Paskeviçin Aslan Sultanla görüşdüyü haqqında məlumatlar da tarixi mənbələrdə öz əksini tapmışdır.Rusiyanın Qafqaz qoşunlarının komandanı general İvan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilmişdir. Bütün bu faktların özü həmin dövrdə Aslan Sultan Şadlinskinin və onun təmsil etdiyi şadlı tayfasının bölgədə böyük nüfuz sahibi olmasını bir daha təsdiqləyir. Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar çar Rusiysının ordusunda ləyaqətlə qulluq edib, rus-yapon müharibəsinin əsas döyüşlərindən olan Port-Arturun müdafiəsində iştirak edərək həmin dövrün ən yüksək təltifi olan “Müqəddəs Georgi “ ordeninə layiq görülmüşdür. Aslan Sultanın bir neçə övladı olubdur. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, hayların quldur dəstələrinə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski də məhz onun nəvəsidir. Bildiyimiz kimi Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra İrəvan xanlığı da daxil olmaqla digər xanlıqlar ləğv edildi. 1886-cı ildə Vedibasarda ilk rus-müsəlman (türk tatar) məktəbi açılır və Abbasqulu bəy ilk təhsilini həmin məktəbdə alır. Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı ildə anadan olubdur. 1894-cü ildə anasının köməyi ilə Vedidə iki illik rus-tatar məktəbində oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir. Atasının vaxtsız ölümü ona geniş təhsil almağa imkan vermir.1902-ci ildə 15 yaşında olanda məktəbi tərk etməyə məcbur olur çünki ikisinifli məktəbi qurtaran uşaqlar ya seminariyaya, ya da gimnaziyaya daxi olmalı idilər. Həmin məktəblərdə təhsil almağa imkanı çatmadığı üçün ailəsini dolandırmaq məsuliyyəti onu məcbur edir ki,atadan qalma torpaq sahəsini əkib-biçərək ailəsini dolandırsın. Mütərəqqi baxışları,haqqı,ədaləti qoruması,humanist və dəyişməz xarakterli olması ona camaat arasında dərin hörmət və nüfuz qazandırmışdı.Məhz bu səbəbdən 1912-ci ildə yerli əhalinin təkidiylə Abbasqulu bəyin mirab seçirlər. Onun gənclik illəri inqilablar,müharibələr dövrünə təsadüf edir.1905-ci il birinci rus inqilabı,Qacarlar dövlətində baş verən Səttar xan hərəkatı da onun dünyagörüşünün formalaşmasında müəyyən rol oynamışdır. Birinci dünya müharibəsindən sonra Rusiya imperiyasında olduğu kimi Qafqazda da ictimai-siyasi böhran daha kəskinləşmişdir. 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabından sonra ucqarlarda millətçi partiyaların fəaliyyətlərini canlandırması, həmçinin xarici müdaxilə nəticəsində hər yerdə hərc-mərclik, özbaşınalıq, talançılıq hökm sürürdü. Xüsusilə amerikan-ingilis hərbi dairələri tərəfindən təpədən dırnağa silahlandırılmış hay quldur dəstələri Andronik,Dro,Bek Primov və Kazonun rəhbərliyi ilə Şərur,Zəngibasar və Vedibasarda dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər edirdilər. Belə bir şəraitdə siyasi və hərbi zərurətdən Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə keçirilən iclaslarda aparılan müzakirələrdən sonra qəti qərar qəbul edildi ki,Vedibasar Komitəsi adlı qurum yaradılsın. 1917-ci ildə Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 11 nəfər tərkibdən inarət Vedibasar Komitəsi adlı Milli Hökumət və onun silahlı qüvvələri “Mübariz dəstə” məhz Böyük Vedidə yaradıldı və komitənin qərargahı buradakı ikimərtəbəli rus-tatar məktəbinin binasının bir hissəsində yerləşdirildi. Əslində bu həmin dövr üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər mövcud olmuş ilk müstəqil milli dövlətçilik ənənələrimizin oyanışının müjdəçisi idi. Çox da uzaq olmayan bir tarixdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyədən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb xüsusilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində məskunlaşdırılan ermənilər tədricən bölgədə mövqelərini möhkəmlədib milli ayrı-seçkilik, separatçılıq fəaliyyəti ilə məşğul olur,tarixi şəraitin doğurduğu ilk fürsətdə – 1905-ci ildə isə torpağında məskunlaşıb çörəyindən yedikləri azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər.. Bu soyqırımı 1917-1921-ci illərdə özünün kulminasiya nöqtəsinə qalxdı, bütün Cənubi Qafqazı, Şərqi Türkiyəni və Cənubi Azərbaycanı ağuşuna aldı. Belə bir ağır vəziyyətdə yerlərdə əhali öz təhlükəsizliyini təmin etmək, özünümüdafiə dəstələri yaratmaq barədə düşünməli olmuşdur. Əvvəldə də qeyd edildiyi kimi İrəvan quberniyasının İrəvan qəzasının Vedi nahiyəsinin rəisi, 32 yaşlı Abbasqulu bəy Şadlinski də elə həmin vaxtlar Böyük Vedinin və ətraf kəndlərin igidlərindən silahlı dəstə yaratmağa başlamışdır. Xalq arasında böyük nüfuz sahibi olan Abbasqulu bəy az vaxtda bu işin öhdəsindən uğurla gəlir və həmin dəstə tezliklə “Mübariz dəstə” adı ilə məşhurlaşır. Abbasqulu bəy o tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında qəhrəmanlığına aşıqlar şeirlər qoşub, özünün və silahdaşlarının şəxsiyyəti və qəhrəmanlığı haqqında el arasında çoxlu rəvayətlər dolaşmışdır. Abbasqulu bəyin şəxsiyyət və qəhrəmanlığı da böyük bir ərazidə təsadüfən şöhrət tapmamışdır. Vedibasr Komitəsinin qərarına əsasən Abbasqulu bəy Şadlinski qısa vaxt ərzində elin igid oğullarını ətrafına yığaraq ilk özünümüdafiə dəstəsini yaratdı.Lakin bölgədə vəziyyət olduqca ağır idi.1918-ci ilin ilk ayında İrəvan vilayətində daha da azğınlaşan daşnaklar Vedibasar mahalında da sabitliyi pozmağa başladılar.. Silahlı hay daşnakların müsəlman kəndlərinə basqınları artıq sistemli şəkil almışdı. Hay ermənilər kəndlərə qəfildən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılıncdan keçirir, var-dövlətlərini talayıb aparır, evlərinə, mülklərinə od vurub yandırırdılar. Faciənin miqyasını təsəvvür etmək üçün belə bir faktı xatırlatmaq yetərincədir ki, İrəvan hadisələri o vaxt Zaqafqaziya Seyminin 5 fevral, 7 fevral, 19 fevral və 20 fevral 1918-ci il tarixli iclaslarında müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyətləri göndərmişdir. Baş verən faciənin əks-sədası olan hesabatlardan biri də A.Novatskinin rəhbərliyi ilə hadisə yerlərində olmuş Fövqəladə İstintaq Komissiyası tərəfindən hazırlanmış arayış-məlumatdır. Həmin arayışdan məlum olur ki, 1918-ci ilin martınadək İrəvan quberniyasının təkçə dörd – İrəvan, Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında ermənilər 197 müsəlman kəndini dağıdıb, bu kəndlərdə yaşayan 135 min nəfərə qədər əhalinin əksəriyyətini qətlə yetirib, sağ qalanlar isə qaçıb ətraf bölgələrə – Azərbaycan, İran və Türkiyənin müsəlman kəndlərinə sığınmışlar. Hay erməni terrorizmi bütün bölgəni bürümüşdü. Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan sonra da bu fəlakətin qarşısını almaq mümkün olmamışdır. Deyilənlərdən bölgədə tarixi hərbi-siyasi vəziyyət son dərəcə ağır idi. Lakin hər zaman olduğu kimi bu dəfə də xalqın yetirdiyi bir qəhrəman vardı və belə bir tarixi vəziyyətdə bölgədə erməni faşizminin qarşısını kəsə bilən möhtəşəm bir qüvvə meydana atılmışdı ki, bu da Abbasqulu bəy Şadlinskinin başçılığı ilə yaradılmış Milli Hökumət və özünümüdafiə ordusu idi. Xalq bu hərəkatı, onun ordusunu və bu ordunun komandanını yekdilliklə qəbul etmiş, bütün mahalın əli silah tutanları bu orduya yazılmış, könüllü olaraq Abbasqulu bəyin sərəncamına keçmişdilər. Artıq xalq arasında Abbasqulu bəy haqqında rəvayətlər dolaşmaqda idi, hamı onun gülləbatmaz olduğuna inanırdı. Hamı onun ədalətinə, qəhrəmanlığına güvənir və sığınırdı. Abbasqulu bəy bu inamı orduda yaratdığı hərbi intizam və qanun-qayda ilə də qazanmışdı. Bütün qərarlar kollegial surətdə qəbul olunar, qəbul olunmuş qərar hamı üçün qanun olardı. Bu qərarların icrasına o özü məsuliyyət daşıyardı, heç kəs qəbul olunmuş qərara qarşı çıxmağa, onun bir sözünü iki etməyə cəsarət etməzdi, cəsarət edənlər müharibə dövrünün qanunlarına uyğun olaraq dərhal və yerindəcə cəzalanardı. Hay-erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşənlər sırasında Abbasqulu bəy Şadlinski ilə yanaşı Xəlil Mehdiyev, Abbas Əjdərov, Müseyib Əhmədov, Muxtar İbrahimov,Məhərrəm Pənah oğlu,Ələkbər Sadıxov, İbrahim Fərzəliyev,Kərbəla İsmayıl,Əsəd İsmayıl oğlu,Kürd Sultan,Qəmbəralı İsmayıl oğlu( Qəmlo) kimi onlara cəsarətli oğullar var idi. Yeni elan edilmiş qondarma Ararat hay-daşnak hökumətinin mərkəzinin yerləşdiyi İrəvan şəhərindən cəmi 30-35 km-lik məsafədə yerləşməyinə baxmayaraq ermənilər xeyli vaxt idi ki, Vedibasar mahalına soxulmağa cəsarət etmirdilər. Lakin Abbasqulu bəyin başçılıq etdiyi silahlı özünümüdafiə qüvvələrinin günü-gündən güclənməsi daşnak hökumətini artıq əməlli-başlı narahat etməyə başlamışdır. Vedibasar haylar üçün bir də ona görə təhlükə mənbəyi idi ki, bu mahal mühüm strateji nöqtədə – İrəvanla Naxçıvan arasında yerləşirdi. Bu da hayların Naxçıvanı Ermənistana birləşdirmək arzusuna ciddi maneçilik törədirdi. Halbuki daşnaklar belə hesab edirdilər ki, daşnak lideri H.Kaçaznuninin sözləri ilə desək, “tatar (türk) Şərur-Naxçıvanından ayrılıqda Ermənistan dövləti mövcud ola bilməz”.. Digər tərəfdən Vedibasar mahalı həm də İrəvanla Dərələyəz-Zəngəzur mahalları arasında yerləşməklə hər iki istiqamətdə İrəvan-Dərələyəz və İrəvan-Naxçıvan cəmləşmiş hay-daşnak qüvvələrinin həlledici məqamlarda bir-birlərinə yaxınlaşmasına, birləşməsinə imkan vermirdi. Bunu nəzərə alan haylar 1918-1920-ci illərdə Vedibasar üzərinə bir neçə dəfə hücuma keçdilər, lakin hər dəfə də darmadağın edilirdilər. Osmanlı ərazisində türklər tərəfindən məğlub olub Araz çayını keçərək Naxçıvana soxulmuş “Van“ və “Sasun“ hay-daşnak quldur alayları Andronikin əmri ilə 1918-ci ilin dekabr – 1919-cu ilin yanvar aylarında Vedibasarın Şahablı, Qədirli, Qaraxaç və diğər kəndlərinə basqın edib burada misli görünməmiş vəhşiliklər törədir, dinc əhalini ayrı-ayrı binalara yığıb diri-diri yandırmışlar.Bu barədə məlumat alan kimi hadisə yerinə çatan Abbasqulu bəyin və Kərbəlayı İsmayılın dəstələri erməniləri xeyli tələfata uğradaraq kəndlərdən qovub çıxarırlar. Hər tərəfdə döyüş vəziyyəti olduğu bir vaxtda öz dövründə aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Şahablı Aşıq Cəlil hay-daşnaklar tərəfindən əsir alınır, ondan " general” Andronikin şərəfinə oxumasını tələb edirlər( Andronik Ozanyanın heç bir hərbi təhsili olmadığı üçün rütbəsi də olmayıb.Osmanlı ordusunda siravi xidmət etdiyi dövrdə dövlətə xəyanət etdiyi aşkar edilmiş, həmin dövrdə vətənə xəyanət edənlərin qulağı və burnu kəsildiyi üçün onun da qulağı cəza olaraq kəsilmişdir)Aşıq Cəlil isə, əksinə, üzünü Böyük Vedi kəndi tərəfə tutub ermənilərə dəfələrlə qan udduran Abbasqulu bəyin şərəfinə, onu imdada çağıran qoşma oxuyur:



Vedinin dağları batıbdır yasa,
Andranik istəyir Vedini basa.
Bir namə yazmışam o xan Abbasa,
Yazmışam durmasın haraya gəlsin,
Yağı salıb bizi araya gəlsin!
Çat haraya, bəyim, nicat günüdür,
Vedinin davası, qeyrət günüdür!
Bu şeirdən sonra ermənilər elə oradaсa aşığı yerə yıxıb dilini dibindən qoparır, sonra da üstünə neft töküb sazı ilə birgə gərmə qalağı içərisində diri-diri yandırırlar. Abbasqulu bəyin hərbi uğurları o vaxt Azərbaycan Demokratik Cümhuriyyətinin diqqət mərkəzində idi. 1919-cu ilin iyun-iyul aylarında daşnak hökumətinin polkovniki Aprosimovun başçılığı ilə Vedibasar mahalı üzərinə hücumu vedililər tərəfindən darmadağın ediləndə Azərbaycan Cümhuriyyətinin İrəvandakı nümayəndəsi Məhəmməd xan Təkinski buradan Bakıya AXC hökumətinə məlumat verərək böyük qürurla yazmışdır: “Böyük vedililər erməni polkunu tamamilə darmadağın etdilər və polk, demək olar ki, bütün heyətini itirmişdir".Bu məğlubiyyətdən sonra daşnak-hay hərbi komandanlığı Vedibasar üzərinə yeni hücum hazırlamaq və həyata keçirmək üçün quldurbaşı Droya xüsusi tapşırıq və hər cür səlahiyyət verir. Dro yaxşı təlim görmüş və silahlanmış nizami qoşunla yanaşı peşəkar daşnak mauzerçilərini də hücuma cəlb edir. O, tezliklə Vedibasar mahalına od vurub, Böyük Vedi kəndinin külünü göyə sovuracağı barədə daşnak hökumətinə söz verir. Azərbaycan hökuməti daşnakların Vedibasara bu hücumunun qarşısını almaq üçün çox çalışır. Ararat Respublikasına rəsmi nota verir. Lakin, təbi ki, qarşı tərəf bu notanı rədd etmişdir. Bu zaman bölgədə ingilislər ağalıq etmək üçün haylardn istifadə edirdi.İngilislərin ayrı-ayrı strateji məntəqələrdə -Dəvəlidə,Yaycıda,Şahtaxtıda,Baş Noraşen stansiyasında hərbi düşərgələri var idi. Dəvəlidə dayanan ingilis komandanlığı Abbasqulu bəyi danışığa dəvət edir.Əvvəlcədən əldə edilmiş razılığa görə,danışıqlar qatarın vaqonunda aparılmalı idi.Lakin Abbasqulu bəy vaqona daxil olan kimi qapılar bağlanılır və qatar İrəvana tərəf yola düşür.Abbasqulu bəy ingilislər tərəfindən oyuna gətirildiyini anlasa da artıq gec idi. Ancaq öz soyuqqanlığını qoruyaraq prosesin gedişatını gözləməli oldu.məsəlıtərəfindən aldadıdıb İrəvana aparılıb, İngilis komandanlığı İrəvanda Abbasqulu bəyi daşmaklara təslim edir.O burada həbs ediləndə Bakıdan Məhəmməd xan Təkinskiyə teleqramlar vurulur ki, bütün vasitələrdən istifadə et, təcili olaraq Abbasqulu bəyin azadlığa çıxması üçün əlindəngələniəsirgəmə. Hətta sovet hakimiyyətinin ilk ilində Naxçıvan erməni işğalı təhlükəsi altında qalanda da Nəriman Nərimanov Naxçıvanın o vaxtkı Hərbi İnqilab Komitəsinin sədri Bahadur Vəlibəyova teleqram vuraraq təkid edir ki, təcili Abbasqulu bəy Şadlinski Arazın o tayından (Abbasqulu bəy 1920-ci ilin iyulundan sonra Güney Azərbaycana mühacirət etmişdi) Naxçıvana dəvət edilsin və ona daşnaklara qarşı mübarizədə hər cür şərait yaradılsın. Daşnaklar Abbasqulu bəyə belə ultimatum verir ki, " əgər gedib bütünVedi əhalisində olan silahların təhvil verilməsini təmin etməsən,öldürüləcəksən". Belə bir çətin situasiya qarşısında qalan Abbasqulu bəy peşəkar diplomatik qabiliyyət nümayiş etdirir.O,bildirir ki, silah əhalinin özünə məxsusdur və bunu toplamaq çətin olduğu üçün bunu müəyyən bir vaxt ərzində etmək mümkündür. Danışıqlar zamanı daşnakları inandıran Abbasqulu bəyi İrəvanın nüfuzlu adamlarından olan Əli Abbasov,Hüseyn bəy və Cavanşir bəyin zəmanəti ilə buraxırlar . Vediyə qayıdan A.Şadlınski daşnak rəhbərlərinin verdiyi tələbləri rədd edir və müdafiəni yenidən gücləndirir.Onu zamına götürən Əli Abbasov və Cavanşir bəy gizli yollarla Bakıya gedirlər,Hüseyn bəy isə Dronun əmri ilə həbs edilsə də oradan çıxıb qaçmağı bacarır. Əslində tarixi şəxsiyyət olması və hay-daşnak işğalçılarına qarşı apardığı milli azadlıq mübarizəsinin xarakteri baxımından da Abbasqulu bəy tam bir xalq qəhrəmanıdır. Elin ən ağır günlərində silaha sarılıb at belinə qalxan Abbasqulu bəy qısa vaxtda böyük bir mübarizlər dəstəsi yaradır, təkcə Vedibasar mahalında yox, bütün İrəvan çuxurunda, Dərələyəzdə, Şərurda qəhrəmanlığı ilə ad çıxarır, onun dəstəsinə yaxın-uzaq ellərdən igidlər axışıb gəlir, Abbasqulu bəy bütün döyüşlərdən qələbə ilə çıxır və bu əlamətlər onu əfsanəvi qəhrəmana çevirir.

İGİD ÖLƏR, ADI QALAR. ABBASQULU BƏY ŞADLİNSKİ 1918-1920-Cİ İLLƏRDƏ
Ermənilərin Vedibasara mütləq hücum edəcəklərini bilən Abbasqulu bəy təcli olaraq müdafiə işlərinin təşkilinə başlayır.1918 -ci il mayın 18-də qərargahda iclas keçirilərkən Nəcəfqulu adlı bir şəxs içəri daxil olur və Millidairənin komandiri Cahanbaxış bəy məktubunu Abbasqulu bəyə təqdim edir. Abbasqulu bəy məktubu ucadan oxudu.Başkərnidən daşnak Artuşun quldur dəstəsi milli dərə kəndlərinə basqın edildi.Almərdan,Ayburt,Yellicə kəndlərini qarət edən ermənilər əhalinin mal-qarasını süpürüb aparıb evlərinə od vurub yandırıblar.Əhali Kolaysora tərəfə üz tutub biz 30-40 nəfərlik atlı dəstəsi daşnak quldurlarına qarşı vuruşmalıyıq Abbasqulu bəydən lazımi göstəriş alan bölüy komandirləri gecikmədən atlarına minib öz hissələrinə çapirlar.Abbasqulu bəy Çimən kəndiynən əlaqə saxlayır,Sultan xana Kotuz dağı tərəfindən milli dərə istiqamətində hərəkət etmələri barədə göstəriş verir.Abbasqulu bəyin süvari dəstəsi gecikmədən Şorbulaq dağının yoluynan Yoşannı düzə qalxır,İlani dağ qarşısına çatanda burada Abbasqulu bəy Kərnibasardan Seyidkotanlı kəndinə sari irəliləyib böyük Vediynen milli dərə kəndlərinin əlaqəsini kəsmək istəyən daşnak qoşun hissələrinin üstünə çıxır.Şiddətli döyüş başlanılır,düşmən qoşunları duruş gətirə bilməyib qaçmağa başlayırlar.Mübariz dəstənin başqa silahlı bölükləri o cümlədən Hacı Mirzə tərəfdən Sultan xanın və Mirzə oğlu Həbibin dəstələridə köməyə çağrılır.Düşmən xeyli tələfat verir,əsas döyüşçülər millidərə cəbhəsində gedirdi.Cahanbaxiş bəyin igid döyüşçüləri az qüvvə ilə inadla müqavimət göstərirdilər.Qüvvələri tükənsədə döyüşə-döyüşə ermənilərin ön mövqelərinə lap yaxınlaşmışdılar döyüşün belə ağır vaxtlarında Abbasqulu bəyin dəstəsi özünü yetirib döyüşə atıldı,erməni itki verə-verə qaçmağa başladılar.1918-ci ilin mayın sonlarında ermənilərin böyük Vedi üzərinə birinci hücumu başladı.Kəşfiyyatın məlumatlarına görə daşnaklar əsas qüvvələrini İrəvana gətirib,Qəmərlidə toplamaqda idilər Abbasqulu bəy təcli olaraq əks tədbirlər görməyə bütün istiqamətlərdə istehkamlar qurulmağa silahlı dəstələr yerləşdirməyə başladı.Kəndin şimal və şərq tərəfləri daha təhlükəli olduğundan Abbasqulu bəy Sultan xanın Mirzə oğlu Həbibin və Kərbəlayı Museyibn başçılıq etdiyi əsas ehtiyyat bölükləri əvvəlcədən bu istiqamətlərdə yerləşdirdi.Onun şəxsi əmri olmadan mövqelərdən tərpənməməyi tapşırdı.Havanın tamam qaraldığını görən Abbasqulu bəy bu ehtiyyat dəstələrə mövqelərindən çıxaraq Şorbulaq istiqamətində qəti hücuma keçməyi əmr etdi.
Kərbəlayi İsmayılın silahlı dəstəsi də həmin cəbhədə daşnaklara qarşı hücuma atıldı.Qələbürücdə möhkəm dayanan düşmənə ciddi müqavimət göstərən onlara böyük Vedinin içərilərinə irəliləməyə imkan verməyən Abbasqulu bəy özü isə dəstəsini ermənilərin üzərinə əks hücuma apardı.Erməni quldurları vahiməyə düşərək qaçmağa başladılar bu hadisədən sonra qudurmuş erməni daşnak hökuməti Abbasqulu bəy Şadlinski barədə qiyabi ölüm hökmü çıxardı.Abbasqulu bəy Şadlinski mübarizəsi təkcə Vedibasarnan məhdudlaşmır bütün ətraf bölgələridə əhatə edirdi.O tez-tez ətraf vilayətlərin bəyləri ağsaqqallarıynan görüşür,olarnan məsləhətləşirdi.Təbii ki, onlarda Abbasqulu bəydən heçnəyi əsirgəmir bütün vasitələrnən onun mübariz dəstəsinə yardımçı olurdular.Belə el ağsaqqallarından biridə Batman qılınc seyidləri nəslinin nümayəndəsi Qəmərlinin yuxarı Ağbaslı kəndinin sayılıb seçilən bəyi Hacı Həsən Alı idi.Abbasqulu bəyin mübariz dəstəsinədə müxtəlif yollarla ərzaq hərbi sursat yardımı edirdi.Onun oğlu Həbib nəvələri Əbülfəz və Abdulla da Abbasqulu bəyin dəstəsində vuruşdular.Nüfuzlu Mirzəxanlı bəyləridə Abbasqulu bəyi dəstəkləyirdilər. Naxçıvanan qovulub çıxarılan Andranikin qoşunları tez-tez ətraf bölgələrə hücum edir,qarətlər törədirdilər.Hadisələrdən biridə Keşişdağ kəndində baş vermişdir.Faciənin canlı şahidi Musa Sətdar oğlunun xatirələrində bu barədə belə yazılıb,1918-ci ilin yayı idi.Biz Keşişdağ kəndində yaşayırdıq bir gün ermənilər iclas keçirmək adıynan cammatı bir yerə toplayıb hamısını güllələyib öldürürdülər.Yaralı atamın təkidi ilə mən evin arxa pəncərəsindən qaçıb Çimən kəndə Kərbəlayi İsmayıla xəbər apara bildim.Çox keçmədiki Kərbəlayi İsmayılın dəstəsi yel kimi özlərini Keşişdağa yetirdilər.Bir qədər sonra Abbasqulu bəyin dəstəsi də özünü yetirdi.Həmin gün yüzlərlərnən erməni quldurları məhv edildi.47 nəfəri isə əsir götürüldü,ermənilərin sətaruşahı nəslinən öldürdükləri 27nəfərin qısası olaraq Musa Sətdar oğlu 27 erməni quldurunu xəncərindən keçirdi elə o gündən Musa Sərdar oğlu mübariz dəstəyə qoşulub onun fəal üzvlərindən birinə çevrildi.Sonradan qırmızı tabor da səhra komandiri vəzifəsinə təyin edildi. 1918-ci ilin iyul ayında Vedi ətrafında olan Aydoğmaz,Dəvəli,Şəfəqli kəndlərinin arasında 17 nəfər hay-daşnak mauzerçisi məhv edilibdir. Hay-daşnak rəhbərliyi Vediyə ultimatum göndərir ki,"öldürülən mauzerçilərin hər birinə görə 17 min manat pul verilməli və17 nəfər türk verilməlidir ki,onların qəbirlərinin üstündə başı kəsilsin. Abbasqulu bəy təbii ki, bu təklifi rədd edir və əhaliyə müraciət edərək deyir ki: Əgər əli silah tutan qabağa çıxıb döyüşməsə, bütün əhali məhv olacaqdır. Bütün Vedi igidləri silaha sarılıb, Dro,Dəli Kazo və Bek Primov un alayına qarşı döyüşə atılırlar.Vedi ətrafında bütün gün boyu davam edən qızğın döyüşlərdə Abbasqulu bəy daim ön sıralarda döyüşərək silahdaşlarını ruhlandırırdı. Onun seçdiyi döyüş taktikasına uyğun olaraq, gecə sürətli hücumla düşmənə ağır zərbələr vurulmağa başlanıldı. Düşmən qüvvələri sayca bir neçə dəfə çox olsalarda qaçırdılar.Hətda hay-daşnak mauzerçiləri öz yoldaşlarını tapdalayıb qaçırdılar.Düşməndən hərbi qənimət olaraq döyüş meydanında bir neçə top,8 pulemyot,çoxlu miqdarda silah-sursat və patron əldə edilir.Bu döyüşlərdə xeyli sayda sayda quldur və onların bir neçə komandirləri məhv edilir. Abbasqulu bəyin istedadlı,rəşadətli sərkərdə kimi nüfuzu bütün mahala yayılmışdır.Vedinin ətrafında olan Çəmənkənd,Çığındərəsi kəndlərinin igidləri Fərəməz Mahmudbəyov,Əli Eyvazov,İbrahim Fərzəliyev,Ələsgər Kərimov,Yetim Əlioğlu,Xəlil və başqaları buraya yığışmışdılar.Onların hər biri xalqı üçün canından keçən vətənpərvər,mərd və əsl cəngavərlər idilər. Vedidə gedən döyüşlər zamanı daşnaklar başqa kəndlərə qəfil hücumlar edir,günahsız insanları qətlə yetirirdilər. Həmin vaxt Dərələyəzdə Küvəkənddə yaradılmış özünümüdafiə dəstəsinə Balo Vəkiliv başçılıq edirdi.Dəstənin başçısı kimi döş pulemyotu ilə düşmənin üzərinə atılaraq yoldaşlını ruhlandırırdı. Həddindən artıq özünü güvənən daşnak Yabonun dəstəsi darmadağın edildi.Bu döyüşlərdə Balo ilə bərabər Yusif Seyidovun da göstərdiyi sücaət nəsillərə örnək ola biləcək bir qəhrəmanlıq nümunəsi idi.Yaxşı təşkil olunmuş özünümüdafiə döyüş xətti Şərur mahalının Yaycı kəndinədək uzanırdı. Məğlubiyyətin acısını çıxmaq üçün 1918-ci ilin payızında daşnak Yabo yaxşı silahlanmış quldur alayı ilə Yaycı kəndini mühasirəyə alır.Müdafiənin təşkilində və ön cərgədə cəsur döyüşçülərdən Kərim,Rəhim,Xərda Əli,Kalban Novruzun oğlu Əli,Fərəc Hüseyn oğlu, Süleyman, Məmmədhəsən uşaqları və başqaları dayanırdılar. Yüksək döyüş əhval-ruhiyyəsi ilə döyüşə atılan kəndin igid oğullarının qəhrəmanlığı ilə səhərdən-axşama qədər davam edən döyüşlərdə, daşnaklar tərəfindən Cənnət qayası adlanan səngərə 21 top mərmisi atılır.Lakın heç biri hədəfə dəymir.Daşnakların mühasirə dairəsi o qədər geniş idi ki, Şərurdan köməyə gələn uşaqlar kəndə daxil ola bilmədilər. Nəhayət axşama yaxın məğlubiyyətə uğrayan daşnaklar geri çəkilməyə başlayır. Şərurdan köməyə gələn Zeyvəli Məmmədrza və Fətullanın dəstəsin köməkliyi ilə düşməni Xaçik kəndinə çəkilməyə məcbur edirlər.Bu döyüşlərdə daşnak Yabonun dəstəsi xeyli itki versədə,kənd əhalisindən cəmi 3 nəfər yaralanmışdı. Yaycı məğlubiyyətinin qisasını almaq üçün daşnaklar Ənovu kəndinə hiyləgərliklə daxil olub,əhalini inandırırlar ki,silahı yerə qoysalar onlara heç bir zərər dəyməyəcəkdir.Lakin əhalinin silahı yerə qoymasından istifadə edərək 200 nəfərdən çox qadın,uşaq,qoca öldürülüb quyulara atırlar... Zəngəzur,Naxçıvan, Dərələyəz əyalətlərində hayların törətdikləri vəhşiliklərin sayı günü-gündən artır, hər obadan faciəli xəbərlər gəlirdi.Silahsız əhaliyə divan tutmaqla özünü "məğlubedilməz " Hesab edən Hay-daşnak hökümətinin daxili işlər nazirinin köməkçisi yenidən böyük qoşunla 1919-cu il iyul ayının 4-də Vediyə hücuma keçdilər. Döyüşün birinci mərhələsində daşnaklar 42 nəfər sıravi quldur, 1 nəfər quldur zabit, 400 ədəd tüfəng, 4 ədəd pulemyot itirərək qaçmağa başladılar. Məğlubiyyətlə barışmayan Dro qoşununun ən sərrast atıcalarla nizamlayıb yenidən hücuma keçdi.Vedi özünümüdafiə taborunun komandiri Abbasqulu bəy Şadlinskininə sərkərdəlik məharəti bir daha özünü göstərdi.Əvvəlcədən qurulmuş plana uyğun olaraq daşnak qoşunları kəndin içərisində qarşılandı. Dro və digər daşnak komandirlər elə hesab etdilər ki,Abbasqulu bəyin dəstəsi kəndi tərk edib.Lakin daşnakların kəndin ortasına çatması ilə igid komandirin atəş əmri verildi.Düşmənin silah-sursat baxımından və sayca çox olmasına baxmayaraq, düşmənə nifrət hissi ilə döyüşə atılan Vedililər son dərəcə cəsarətlə döyüşürdülər. Böyükdən kiçiyə hər kəs döyüşürdü. Əlbəyaxa gedən döyüşlərdə silahı olmayan kənd sakinləri balta və yaba ilə döyüşürdülər. Dörd saata qədər davam edən əlbəyaxa döyüşlərdə 1000 nəfərdən çox quldur itirən haylar ,xeyli silah-sursatı atıb qaçdılar. Qələbənin xəbəri geniş əks-səda doğurub bütün mahala yayıldı. "Dənizdən-dənizə" dövlət yaratmaq xülyası ilə hər cür vəhşiliyə əl atan daşnaklar, Andronikin başçılığı ilə 1919-cu il iyul ayının 18-də yenidən hücuma keçir və Cıdırlıq bağ adlı yerdə 3 gün davam edən əlbəyaxa döyüşlər əhalinin qələbəsi ilə başa çatır. Məğlub olan daşnaklar Əbrəqunis-Paradaş-Nəsirvaz yolu ilə Qapıcıqdan aşıb Sisyanda mövqe tuturlar.Sisyan əhalisinə və Qaraxaç kəndində yaşayan dinc sakinlərə misli görünməmiş vəhşiliklər edərək,əhalini qılıncdan keçirirlər.Bununla kifayətlənməyən quldur daşnak Andronik Vediyə bir neçə rota göndərir. Bu dəfə də Abasqulu bəyin başçılığı ilə Vedi müdafiəçiləri Andronikin quldurlarını darmadağın edib, çoxlu hərbi qənimət əldə edirlər. Abbasqulu bəy Şadlinskinin Vedidə başlatdığı milli müqavimət hərəkatı bütün Qərbi Azərbaycan və Naxçıvanı əhatə etmişdi. Onun apardığı mübarizənin ideoloji əsası da təsirli olmuşdur. Belə olmasaydı onun çıxışları, ayrı-ayrı mahallara göndərdiyi məktubların təsiri olmazdı. Abbasqulu bəyin çağırışı yerli əhalidə özünə inam hissini gücləndirdi. Qeyd etmək lazımdır ki, bu dövrdə əhali dilemma (insanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq, qarşılaşdıqda onlardan birini etməyə məcbur edən hərbi, siyasi vəziyyət, yaxud tərəflər arasında bir-birinə nəzərən daha çox təhlükəsizliyə gətirib çıxaran rəqabəti ifadə edən paradoks) qarşısında qalmışdı. Yerli türk-müsəlman əhalinin apardığı mübarizə nə qədər inadlı olsa da, daşnakların arxasında duran qüvvələr güclü hərbi, siyasi, maliyyə dəstəyi ilə qüvvələr nisbətini bir neçə dəfə artırırdı. Vəziyyəti dəyişmək üçün AXC hökuməti özünün 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan general-qubernatorluğunu, (daha doğrusu arxiv sənədlərində “Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, habelə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının müvəqqəti general-qubernatorluğu” adlanan) yaratdı. Ancaq bütün bunlar mövcud vəziyyəti dəyişə bilmədiyi üçün, Abbasqulu bəy qüvvələrinin tükəndiyini nəzərə alaraq dinc əhalini xilas etmək üçün döyüşə-döyüşə geri çəkilmək əmri verdi.
Daşnakların vəhşiliyi heç bir insanlığa sığmayacaq dərəcədə faciəvi idi. Daşnakların nəinki qırğınlar törətdikləri kəndlərdə, eyni zamanda nəzarətə keçirdikləri ərazilərdə də hər şeyi viran qoyurdular. Onların istəklərini yerinə yetirməyən öz “soy”daşlarına qarşı da son dərəcə amazsız idilər. “Terroristin vətəni, milləti yoxdur” ifadəsini onlar dəfələrlə öz hərəkətləri ilə (1988-ci il fevralın 28-də SSRİ DTK-nin hay millətçiləri ilə birgə həyata keçirdikləri təxribatlar məhz bu qəbildən olan və siyasi məqsədlərə hesablanmış terror hadisəsi idi) təsdiqləmişlər. Daşnakların 1918-22-ci illərdəki vəhşilikləri ilə bağlı Hayıstan-ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi olmuş C.A.Tovmasyan yazmışdı: “1919-cu ildə təkcə İrəvanda 9055 nəfər ölmüş, 20 minə yaxın insan səpmə-yatalaq xəstəliyinə tutulmuş, 6 mindən çox insan acından ölmüşdür. Sürməli və Üçmüədzin qəzalarında əhalinin 70 faizdən çoxu daşnakların hökmranlığı dövründə məhv edilmişdir”. (mənbə: C.A. Tovmasyan “Sovet Ermənistanının 40 illiyi”, Bakı, Azərnəşr-1960, səh. 11).
Daşnaklar təkcə “Ararat” adlandırdıqları ərazilərdə deyil, başqa mahallarda da törətdikləri ağır cinayətləri nəticəsində İrəvan quberniyasında 211 kənd dağıdılmış, Qars vilayətində isə 92 kənd dağıdılmış,yandırılmış, talan edilmişdir. İrəvan və ətrafında 1920 ev yandırılmış 400 min nəfərə yaxın əhalidən ancaq 70 minə yaxın insan sağ qalmışdır. Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd yandırılmış, yarım milyondan çox əhali öldürülmüş və didərgin salınmışdır. Hətta daşnak hökumətinin başçısı Hövhannes Kaçaznuni həyasızcasına etiraf etmişdi ki, (1920-ci ildə bolşeviklər tərəfindən həbs edilmişdir) “biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı, meyvəli kəndləri darmadağın etdik”…
Abbasqulu bəy Şadlinskinin məqsədi döyüşə-döyüşə geri çəkilərək Şərura gəlib, orada birləşib düşmənlə döyüşmək idi. Ancaq onlar Şərura çatanda gördülər ki, əhali buranı tərk edibdir, Küvə və Yaycı kəndinin sakinlər isə Şahtaxtıya tərəf çəkilibdir. Dinc əhalinin təhlükəsizliyini qorumaq məqsədi ilə (20 minə yaxın) başda Abbasqulu bəy, oğlanları İsgəndər, İsfəndiyar, Əliəşrəf olmaqla Vedililər Qacarlar dövlətinin Xoy şəhərinə tərəf hərəkət edirlər. Abbasqulu bəyin Xoy şəhərinə yaxınlaşmasını bilən Xoy valisi Əbülhəsən xan dərhal Abbasqulu bəy Şadlinskiyə silahları təhvil vermək barədə xabardarlıq edir. A. Şadlinski valinin təklifini rədd edir və bildirir ki, biz buraya müvəqqəti gəlmişik, tezliklə vətənimizə qayıdacağıq. Xoy valisinin Abbasqulu bəyi qonaq çağırıb, hiyləgərcəsinə silahları almaq niyyəti də baş tutmadı. Xoy valisi ilə münasibətlərin gərginliyini görən Abbasqulu bəy Mərənd şəhərinə tərəf hərəkət etdi. Bundan xəbər tutan Mərənd valisi Abbasqulu bəyə təklif edir ki, öz əhalisi ilə burada qalsın. Eyni zamanda ona yüksək rütbə verilərək vəzifə və mülk veriləcəyi barədə Mərənd valisi təminat verdi. A. Şadlinski valinin təklifinə hörmətlə ysanaşaraq qeyd edir ki, bura da türk yurdudur, burada yaşayanlar da doğma soydaşlarımızdır. Ancaq hər kəsə doğulduğu doğma yurdu daha əzizdir. Biz gec-tez göz açıb böyüdüyümüz doğma yurdlarımıza qayıdacağıq…
Mübariz dəstə Qırmızı tabor kimi…
1920-ci il aprelin 28-də Azərbaycanda qurulan Sovet hökuməti, bütün Azərbaycan torpaqlarında öz hakimiyyətini bərqərar etməli idi. Qarabağda vəziyyətə nəzarəti ələ keçirən XI Qızıl Ordunun 32-ci diviziyasından bir polk (alay) Studenyev və Petiovun başçılığı ilə Naxçıvana doğru hərəkət etdi. Zəngəzurda daşnak Njdenin baçşılıq etdiyi dəstələri darmadağın edərək Əngəlöyə çatdılar. Burada onları Naxçıvan nümayəndələri Əli Abbasov, Mirzə Əbdüləzim qarşıladı və Batabatdan aşıb Naxçıvana tərəf istiqamət aldılar. Polkun-alayın bir hissəsi Keçəldağdan aşıb Kükü yolu ilə Cəhri kəndinə gəldilər. Polkun o biri hissəsi isə Kolanı Qaçaq Mirzə başda olmaqla təntənəli surətdə qarşılandılar. Burada birləşmiş qüvvələr 1920-ci ilin iyulun 28-də Naxçıvana daxil olaraq Naxçıvanda Sovet hakimiyyətinin qurulduğunun elan etdilər. Bu vaxt daşnak qoşunları Əznəbürd, Xok, Şahtaxtı düşərgələrində mövqe tutmuşdular. Lakin onları tamamilə darmadağın edib, ölkədən qovmaq üçün burada olan Qızıl ordunun qüvvələri yetərsiz idi. 1920-ci ilin avqust ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanov Bahadur Vəlibəyovun tabeliyinə 300 nəfərlik süvari qoşun hissəsi verərək Naxçıvana Fövqəladə Komissar təyin edir. Naxçıvana gələn B.Vəlibəyov burada Naxçıvan İnqilab Komitəsinin rəhbərləri Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və başqaları ilə mövcud vəziyyəti geniş müzakirə etdikdən sonra qərara gəldilər ki, Abbasqulu bəyi öz Mübariz dəstəsi ilə birlikdə Naxçıvana dəvət etsinlər. Beləliklə, Naxçıvan İnqilab Komitəsi və Fövqəladə Komissarlıq adından göndərilən rəsmi nümayəndələr Seyfulla Süleymanov və Məmməd Rəhimov 1920-ci ilin sentyabr ayında Qacarlar dövlətinin Mərənd vilayətində düşərgə salmış Abbasqulu bəyin yanına gəlirlər. Bu barədə mübariz dəstənin döyüşçüsü olmuş Bilas Şadlinski yazır ki: “Sentyabr ayının axırları idi. Hər yerə xəbər yayıldı ki, Naxçıvan İnqilab Komitəsi adından Abbasqulu bəyə məktub gətiriblər. Məktub gətirənin biri Böyük Vedidən olan Seyfulla Süleymanov idi. Mərənd vilayətində ayrı-ayrı kənd və qəsəbələrdə yerləşdirilmiş qaçqın əhalinin nüfuzlu nümayəndələri dərhal Mərənd şəhərinə toplaşdılar. Abbasqulu bəy hamıya müraciətlə bildirdi ki: “həm öz tərəfimdən, həm də bütün Qacarlar dövləti torpağında yaşayan soydaşlarımızın adından Naxçıvan İnqilab Komitəsinin və Naxçıvan Vilayət Şura hökumətinin dəvətini səmimiyyətlə qəbul etdiyimi bildirməklə, tezliklə öz qüvvələrimizi Naxçıvna köməyə gələn Qızıl Ordunun ixtiyarına verəcəyimizə və onlarla birlikdə ümumi insanlığa düşmən olan, soydaşlarımıza qarşı qətliamlar törətmiş, yurdumuzu talan etmiş daşnaklara qarşı döyüşlərdə birgə iştirak edəcəyimizə söz vermişəm. Hamınız 2-3 gün müddətinə tam hazır olun, birlikdə Naxçıvana yola düşüb, yurdumuzu azad edək.” İzdihama toplaşan mübarizlərin hamısı vətənə dönəcəkləri xəbərini sevinclə qarşıladılar və bildirdilər ki, Abbasqulu bəyin əmri altında btün tapşırıqları canla-başla yerinə yetirəcəyik. Mən də tez yaşadığım Hecovan kəndinə gəlib yol tədarükünə başladım.”
1920-ci il sentyabr ayının 17-də Abbasqulu bəyin 400 nəfərlik silahlı dəstəsi Araz çayını keçərək Naxçıvana gəldi. Naxçıvan qəzasının Araz çayı sahilindəki sərhəd postunda Naxçıvanın Fövqəladə Komissarı Bahadur Vəlibəyov, XI Qızıl Ordunun bölmə komandirləri və Naxçıvan İnqilab Komitəsinin məsul rəhbərləri Abbasqulu bəyin dəstəsini hörmətlə qarşıladılar. Naxçıvanda keçirilən iclasda Naxçıvan İnqilab Komitəsinin qərarı ilə Mübariz dəstəyə “Qırmızı Tabor” adı verildi və Abbasqulu bəy Şadlinski taborun komandiri təyin olundu. Qızıl Ordunun 200 nəfərlik dəstəsi də taborun tərkibinə daxil edildi. 1920-ci il oktyabr ayının axırlarında “Qırmızı Tabor”un qarşısında Əznəbürd-Qarabağlar istiqamətində dağ ətəkləri ilə hərəkətə keçib Bağırsaqdərə-Sədərək arasında mövqe tutmaq, Arazdəyən-Çapaxçı istiqamətində irəliləyən Qızıl Ordu hissələri ilə birləşmək vəzifəsi qoyuldu. Noyabr ayı ərzində davam edən əməliyyatlarda Şahtaxtı və Xok kəndlərində 1200 daşnak əsgəri və zabiti əsir alındı, xeyli silah-sursat qənimət kimi ələ keçirildi. Dekabrın 2-də Şərur qəzası daşnaklardan tam azad edildi və orada inqilab komitəsi təşkil olundu. 1921-ci ilin yanvar və feral aylarında “Qırmızı tabor”a tapşırıq verildi ki, daşnak Yabonun başçılığı altında Dərələyəzdə Şərur-Qəmərli istiqamətlərində başlanan təhlükəli hücumun qarşısı alınsın, quldur dəstə məhv edilsin. Təcrübəli sərkərdə Abbasqulu bəy Şərura gedən yolda, Danzik və Arazdəyən istiqamətində, Zəncirli-Canaxçı kəndlərində yerləşərək, düşmənin qarşısında keçilməz sədd yaratdı. Bu döyüşlərin igid döyüşçülərindən biri olan Məmmədov Həsən yazır ki, “Xənpanent Yobanın Şəhriyar-Sədərək irəliləyərək Ağrı (Ararat) çölünə çatmaq istəyən dəstəsinə elə bir zərbə vurduq ki, özlərini itirən daşnaklar pərakəndə halda Dərələyəz tərəfə qaçmağa başladılar. Abbasqulu bəy əmr etdi ki, onları təqib edib güc toplamadan ilanın başını tamam əzməliyik. Komandirin ağıllı və cəsarətli planları, şəxsi qəhrəmanlıq nümunəsi bu ağır döyüşdə də köməyimizə çatdı. Quldur daşnak X.Yabonun dəstəsi tamamilə məhv edildi”. (Azəraycan Gəncləri qəzeti, 23 fevral 1968-ci il). 1921-ci ilin fevralın 13-də daşnaklar Q.Njdenin başçılığı ilə İrəvan qəzasının bəzi yerlərində terrorlar törətməyə başladılar. Qızıl Ordunun bölmələrinə vəhşicəsinə divan tutuldu, onlarca əsgər və zabit Njdenin əmri ilə Qndevaz qayasından atıldı. Abbasqulu bəyin rəhbərliyi ilə “Qırmızı Tabor” daşnakların Dərələyəzdə başlanmış hücumunun qarşısını aldı, Şərur istiqamətində cəbhəni yarıb İrəvandakı terrorçular ilə birləşmək cəhdlərini boşa çıxardı. 1921-ci ilin may-iyun aylarında Dərələyəz uğrunda gedən döyüşlərin mərkəzi “Qırmızı tabor”un mövqe tutduğu Danzik-Cüvə mövqeləri idi. Rind kəndi ətrafında gedən qızğın döyüşlərdə Abbasqulu bəyin bacarıqlı və hərbi rəhbərliyi nəticəsində daşnaklar məhv edildi və kənd azad edildi. Döyüşün əsas mərkəzi Arpa, Cüvə, Yelpin, Rind kəndləri olsa da, Çenqovur və Xaçik tərəflərdə də daşnaklar fəaliyyət göstərirdilər. Düşmənin gücünü öyrənmək üçün, taborun cəsur döyüşçüsü, Caqazir kəndindən olan Mehralı Hətəm oğlu kəşfiyyat məqsədilə Xaçik kəndinə göndərildi. Lakin Mehralı daşnakların əlinə keçdi və mərdliklə, dəyanətlə əbədiyyətə qovuşdu.
Daşnakların vəhşicəsinə törətdikləri qətliamlara baxmayaraq, artıq son günlərini yaşayırdılar. 1921-ci ilin aprel-iyul ayları ərzində gedən döyüşlərdə daşnakların 8 minə yaxın piyada (süngüçü), 3 min süvari, 74 pulemyotçu və 28 topu məhv edilərək quldurluqlarına son qoyuldu.1921-ci ilin iyul ayında bütün hərbi hissələr öz qərargahlarına qayıtdılar. Daşnak hökumətinin tör-töküntülərinə son qoyulduqdan sonra Ermənistanda-hayıstanda Sovet hakimiyyəti quruldu. Ermənistan-hayıstan İnqilab Komitəsi quldur əksinqilabçı daşnakların məhv edilməsində böyük rəşadət və fəaliyyət göstərənlərə dövlət mükafatları təqdim etdilər. Eyni zamanda “Qırmızı tabor”un rəşadətli, qorxubilməz komandiri Abbasqulu bəy Şadlinski Qırmızı Bayraq Ordeni ilə təltif olundu. Həmçinin taborun qəhrəman döyüşçülərindən İbrahim Fərzəliyev, Qasım Hüseynov, Nəcəf Əliyev, Fətulla Hüseynov, Ələkər Sadıqov, Əli Qədimova (ölümündən sonra), ümumilikdə 19 nəfərə Qırmızı Bayraq Ordeni təqdim edildi. “Qırmızı tabor”un bacarıqlı və igid komandiri Abbasqulu bəy Şadlinskinin təltifi haqqındakı qərarda göstərilirdi: “Ermənistan-hayıstan fəhlə, kəndli və qızıl əsgər deputatları MİK vətəndaş A.Şadlinski, Sizi sosialsit vətəninin qarşısında vəzifənizi yerinə yetirmək və 1921-ci il fevralın 17-dən aprelin 16-dək olan dövrdə daşnaklara qarşı mübarizədə igidlik göstərdiyiniz üçün sosialist inqilabının Sovet nişanı olan Qırmızı Bayraq Ordeni ilə təltif edir”.
(Ermənistan-hayıstan MİK-in 30 May 1921-ci il 56 mömrəli qərarı)
Abbasqulu bəy Şadliniski igid, cəsur,mərd, məğlubedilməz, düşmənlə mübarizədə iradəli , inadkar olmaqla yanaşı, həm də həddindən ziyadə humanist və bəşəri keyfiyətləri özündə birləşdirən, möhkəm xarakterli bütöv bir şəxsiyət idi. Məlum olduğu kimi, daşnakların bir hissəsi adını dəyişərək, bolşevik donunda sovet hayıstanında mühüm orqanlarda fəaliyyət göstərməyə başladılar.Əlbətdə ki, daşnaklar terorçu əhval-ruhiyyəsində yaşayan quldurlar təşkilatında cəmləşmişdilər və vəziyyətdən istifadə edərək özlərini “dövlət” elan etmişdilər.Onların naqis əqidəsinə tabe olmayan hər kəs onların

Oxunub: 65
Oxşar xəbərlər
SON XƏBƏRLƏR