dini radikalizm və ekstremizmlə mübarizə

“Niva”nın istehsalı dayandırılır

“Niva”nın istehsalı dayandırılır

Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçısı “Lada Niva” modelinin istehsalını dayandırır.

Djb.az xəbər verir ki, Yeniavaz.com "İzvestiya" nəşrinin məlumatına görə, “AvtoVAZ” anbarlarında hələ də 193 “Lada Niva” avtomobili var.

Hazırda Rusiyada avtomobilin qiyməti 738 min rubldan başlayır, “Off-Road” versiyası isə 842 min rubldur.

"AvtoVAZ" bu il bazara iki yeni "Niva" modeli çıxarmağı düşünür - yolsuzluq versiyası "Lada Niva Travel" və universal versiya "Largus".

Klassik “Lada Niva” istehsalının dayandırılmasında tələbatına azalması ilə yanaşı şirkətin dizayneri Valeri Semuşkin böyük rolu olduğu bildirilir. Deyilənə görə, avtomobilin görünüşünün müasir standarlara cavab vermədiyini fikrini müdafiə edən Semuşkinlə həmkarları da razılaşıb. Bundan əlavə "Niva" ötən il ekoloji standartlara görə, Avropa bazarından çıxmalı olub. MDB ölkələrinə isə 2020-ci ildə 41 min ədəd "Niva" satılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR