12 may 2026-cı il tarixində Xəzər Universitetində (Neftçilər korpusu) maliyyə və mühasibatlıq sahəsində çalışanlar və bu sahəyə marağı olanlar üçün mühüm təlim təşkil olunacaq.
Mütəxəssis Cəfər Mustafazadənin təqdimatında baş tutacaq təlim “SAP Maliyyə Mühasibatlığı: Beynəlxalq Korporativ Standartlara Uyğun Praktik Tətbiq” mövzusuna həsr olunub. Təlim çərçivəsində iştirakçılara beynəlxalq standartlara uyğun kreditor və debitor borclarının idarə edilməsi və digər praktik modullar haqqında ətraflı məlumat veriləcək.
Tarix: 12 may 2026
Saat: 14:00 – 15:00
Məkan: Xəzər Universiteti, 416 nömrəli otaq
Oxunub: 51