dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan yağ, duz, düyü tədarükü ilə bağlı Qazaxıstanla memorandum imzaladı

Azərbaycan yağ, duz, düyü tədarükü ilə bağlı Qazaxıstanla memorandum imzaladı

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Djb.az Report-a istinadən xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumu çərçivəsində baş tutub.

Belə ki, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin baş direktoru Azamat Askarulı və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Bundan başqa, metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında memorandum sənədi imzalanıb. Tədbirdə, həmçinin Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb.

Oxunub: 467
Oxşar xəbərlər
SON XƏBƏRLƏR