dini radikalizm və ekstremizmlə mübarizə

Forbes: "Facebook"un qlobal kəsintiləri fonunda Zukerberqin itkiləri 6 milyard dolları ötüb

Forbes: "Facebook"un qlobal kəsintiləri fonunda Zukerberqin itkiləri 6 milyard dolları ötüb

ABŞ-ın “Facebook” şirkətinin təsisçisi Mark Zukerberqin sərvəti bir gündə 6,4 milyard dollar azalıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının internet saytının dünyanın ən varlı insanları barədə məlumatların qeyd olunduğu “The World's Real-time Billionaires” bölməsində qeyd edilib.

Reytinqə əsasən, saat 22:56-ya olan məlumata görə, şirkətin səhmləri 5,59%, Zukerberqin zərərləri isə 6,9 milyard dollar təşkil edib. Bakı vaxtı ilə saat 23:19-a olan məlumata görə, şirkətin səhmlərinin dəyərinin düşməsi 5,24%, “Facebook”un təsisçisinin sərvəti 6,4 milyard dollar azalıb. Belə olan halda, Zukerberq sıralamanın dördüncü yerindən altıncı pilləsinə enib.

Oxunub: 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR