Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 2 210 533,29 min ABŞ dolları dəyərində 5 496 754,34 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci pillədəİspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 332 430,75 min dollar dəyərində 851 407,76 ton neft ixrac edib.
Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda Hindistan üçüncü yeri tutur. Yanvar-aprel aylarında bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk dördayında 19 ölkəyə neft ixrac edib.
Oxunub: 560