dini radikalizm və ekstremizmlə mübarizə

GECF və OAPEC əməkdaşlığı genişləndirir

GECF və OAPEC əməkdaşlığı genişləndirir

Dünyanın ən qabaqcıl enerji təşkilatlarından olan Qaz İxrac edən Ölkələr Forumu (Gas Exporting Countries Forum – GECF) və Ərəb Neft İxrac edən Ölkələr Təşkilatının (Organization of Arab Petroleum Exporting Countries – OAPEC) nümayəndələri arasında ikitərəfli əlaqələrin inkişafına təkan vermək məqsədilə onlayn görüş keçirilib.

GECF-dən "APA-Economics"ə verilən məlumata görə, hər iki təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə təşkil olunan görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti, onun inkişaf perspektivləri, həmçinin yeni növ koronavirusun dünyanın enerji bazarlarına təsiri müzakirə olunub.

Əməkdaşlığı dərinləşdirmək üçün öz üstünlüklərindən yararlanaraq, GECF və OAPEC arasındakı alyansı bazar şərtlərini daha yaxşı anlamağa, genişləndirilmiş texniki yardıma və son tapıntılara çıxış imkanı yaradan tədqiqat və məlumat mübadiləsi yolu ilə neft-qaz sektorunda inkişafa təkan verəcəyi gözlənilir.

Tədbir iştirakçıları əməkdaşlığın mümkün olduğu üç sahəni nəzərdən keçiriblər: texniki tədqiqatlar və hesabatlar; OAPEC-in qaz ekspert qrupunun illik toplantısı; təbii qaz sahəsində beynəlxalq əməkdaşlıq.

İnsan resursları sahəsində iki təşkilat arasında bilik mübadiləsi, peşəkar təlim və qısamüddətli tapşırıqlarda, xüsusən də mövcud pandemiya çağırışları fonunda əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə razılıq əldə olunub.

Xatırladaq ki, GECF-in 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Niderland, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70%-i, boru kəmərləri ilə ticarətin 35%-i, LNG istehsalının isə 85%-i cəmləşir.

Oxunub: 1 123
Oxşar xəbərlər
SON XƏBƏRLƏR