Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 4-də xalqa və ölkə parlamentinə müraciət edəcək.
Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.
“Heç bir dəyişiklik nəzərdə tutulmayıb. Planlaşdırıldığı kimi, avqustun 3-də parlamentin hər iki palatası sessiyalarını açıq elan edəcək. Növbəti gün isə dövlət başçısı parlamentə və xalqa müraciət edəcək”, – Prezidentin sözçüsü bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkisi avqustun 9-da keçiriləcək.
Oxunub: 511