dini radikalizm və ekstremizmlə mübarizə

Brent nefti ötən ilin əvvəlindən ilk dəfə 53 dollardan aşağı düşüb

Brent nefti ötən ilin əvvəlindən ilk dəfə 53 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 2019-cu ilin əvvəlindən bəri ilk dəfə 53 ABŞ dollarından aşağı düşüb.

“APA-Economics”in məlumatına görə, qiymətlərin bu səviyyəyə çatmasının səbəbi ilk dəfə Çində aşkarlanmış koronavirusun (COVID-19) daha sonra müxtəlif ölkələrdə yayılmasıdır.

“Bu, təəccüblü deyil, çünki müəssisələr bağlanır, logistik zəncirlər dağılır və bu səbəbdən dünya iqtisadiyyatı tənəzzülə uğraya bilər”, - Rusiya mətbuatı bu vəziyyəti məhz belə şərh edir.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 1,46% azalaraq 1 barelə görə 52,65 dollar təşkil edib.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR