Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 645 326,84 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,9% çoxdur.
"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,5% artaraq 909 323,14 min manat olub.
Həmçinin, cari ilin yanvar-oktyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 21,4% artaraq 2 482 066,95 min manat, aksizlər üzrə 46,5% artaraq 217 321,88 min manat, yol vergisi üzrə daxilolmalar isə 14,2% artaraq 36 614,14 min manat təşkil edib.
Oxunub: 548