dini radikalizm və ekstremizmlə mübarizə

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Oktyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 26 805,53 bəndədək enib, S&P 500 0,19% – 3 010,29 bəndədək, Nasdaq isə 0,81% – 8 185,80 bəndədək yüksəlib.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 24-də FTSE 100 indeksi 0,93% – 7 328,25 bəndədək, Almaniya DAX-ı 0,58% – 12 872,10 bəndədək, Fransa CAC-40 isə 0,55% – 5 684,33 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,47% artaraq 1 505,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,31% azalaraq 1,110 dollar təşkil edib.

Oxunub: 563
Oxşar xəbərlər
SON XƏBƏRLƏR