dini radikalizm və ekstremizmlə mübarizə

Malik Həsənov: Bu ilin doqquz ayının göstəriciləri ölkəmizin dinamik inkişafını bir daha təsdiqləyir


“Azərbaycanda dünyada islahatçı ölkə kimi tanınır, aparılan çoxşaxəli və genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir”. Bu fikri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, bu ilin doqquz ayının göstəriciləri ölkəmizin dinamik inkişafını bir daha təsdiqləyir. Onun sözlərinə görə, əsas diqqət çəkən məqamlardan biri 2019-cu ilin 9 ayında da ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə yaxşı göstəricilərin qeydə alınmasıdır: "Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə qeyd etdi ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Bunu ölkəmizin qeyri-neft sənayesi ilə bağlı da deyə bilərik. Azərbaycanda neftdən kənar iqtisadiyyat üzrə innovativ əsaslı sənaye quruculuğu mühüm yer tutur. 2019-cu ilin 9 ayında ən yaxşı göstərici də məhz qeyri-neft sənayesində qeydə alınıb və və qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən genişmiqyaslı tədbirlər öz bəhrəsini verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də vurğuladı ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər. Digər iqtisadi parametrlər üzrə də ciddi artım müşahidə olunmaqdadır. O cümlədən, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb ki, bu da həm ölkəmizdə iqtisadi aktivliyin təmin olunmasına, eyni zamanda, vətəndaşların məşğulluq məsələlərinin həllinə töfhə verir".

M.Həsənov deyib ki, ölkəmizdə həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. “ “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alır. Bu, olduqca mühüm göstəricidir. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq”,-deyən millət vəkili əlavə edib ki, nüfuzlu təşkilatların hesabatları ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir.

Oxunub: 610
Oxşar xəbərlər
SON XƏBƏRLƏR