dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda və bölgələrdə 4 dövlət əmlakı özəlləşdirilib

Bakıda və bölgələrdə 4 dövlət əmlakı özəlləşdirilib

Avqustun 6-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, növbəti hərracda kiçik dövlət əmlakları və qeyri-yaşayış sahələri üzrə sifariş verən investorlar iştirak edib. Bu dəfə özəlləşdirilən dövlət müəssisələri paytaxtla yanaşı Qazax və Zaqatala rayonlarında yerləşir.

Hərracda iştirak üçün 2 sifarişin verildiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 103.6 kv.m-dir. Qeyri-yaşayış sahəsi 12 min 500 manata özəlləşdirilib.

Özəlləşdirilən digər qeyri-yaşayış obyekti isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda yerləşir. Faydalı sahəsi 84.5 kv.m olan dövlət əmlakını investor 8 min 500 manata özəlləşdirib.

Hərracda sahibini tapan dövlət müəssisələrindən biri Qazax rayonu, İkinci Şıxlı kəndindəki kiçik dövlət əmlakıdır. Ümumi faydalı sahəsi 378.7 kv.m olan bu obyekt 451 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Zaqatala rayonu, Aşağı Tala kəndindəki dövlət əmlakının da geniş torpaq sahəsi ilə özəlləşdirilməsi onun fəaliyyət potensialını artırır. Belə ki, investorun 30 min manata özəlləşdirdiyi dövlət əmlakının torpaq sahəsi 6.7 min kv.m-dir.

Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək. Budəfəki hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Oxunub: 547
Oxşar xəbərlər
SON XƏBƏRLƏR