dini radikalizm və ekstremizmlə mübarizə

KOB inkişafı mərkəzləri ilkin biznes layihələrini öz vəsaiti və xarici qrantlar hesabına maliyyələşdirəcək

KOB inkişafı mərkəzləri ilkin biznes layihələrini öz vəsaiti və xarici qrantlar hesabına maliyyələşdirəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Kiçik və orta biznesin (KOB) inkişafı mərkəzləri yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi verəcək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil edəcək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim edəcək.

“APA-Economics”in məlumatına görə, İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və avqust ayından qüvvəyə minən “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin və “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə”də əksini tapıb.

KOB inkişaf mərkəzlərinin vəzifələri sırasına startapların qeydiyyatı sistemini yaratmaq və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək və donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və KOB-ları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək üçün təkliflər hazırlamaq da daxil edilib. KOB inkişaf mərkəzləri startaplar üçün biznes inkubatorlarının, biznes akseleratorlarının tapılması və KOB inkişafı mərkəzində bu tipli mexanizmlərin yaradılması və ya onların nümayəndəliyinin açılması işini də təşkil edəcək.

Əsasnaməyə əsasən, KOB inkişafı mərkəzinin fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. KOB inkişafı mərkəzinin direktoru KOB inkişafı mərkəzinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR