dini radikalizm və ekstremizmlə mübarizə

AİB: “Neft qiymətlərinin enməsi Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərəcək”

AİB: “Neft qiymətlərinin enməsi Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərəcək”
İnkişafda olan Asiya ölkələrinin əksəriyyətində artım meylləri güclü olaraq qalmaqdadır, lakin Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, qlobal tələbatın zəifləməsi və ticarətdə gərginliklərin davam etməsi fonunda, cari və növbəti ildə tempinin zəifləyəcəyi proqnozlaşdırılır.

ONA-nın AİB-in hesabatına istinadən verdiyi məlumata görə, AİB-in iqtisadi məsələlər üzrə əsas nəşri olan “Asiyanın İnkişaf Perspektivləri” (AİP) adlı hesabatının 2019-cu il üzrə buraxılışında regiondakı artım tempinin 2019-cu ildə 5,7%-dək, 2020-ci ildə isə 5,6%-dək zəifləyəcəyi proqnozlaşdırılır. Müqayisə üçün, 2018-ci ildə inkişaf edən Asiyada artım tempi 5,9% təşkil edib. Çinin Honkonqu, Koreya Respublikası, Sinqapur və Çinin Taipeyi kimi təzəlikcə inkişaf etmiş ölkələr sırasına daxil olmuş dövlətlər istisna olmaqla, inkişaf edən Asiyada 2019-cu ildə genişlənmə tempinin 6,2%, 2020-ci ildə isə, azacıq zəifləyərək 6,1% təşkil edəcəyi ehtimal olunur. 2018-ci ildə artım tempi 6,4% təşkil edib.

AİB-in baş iqtisadçısı Yasuyuki Savadanın sözlərinə görə, “Regionun əksər ölkələrində daxili istehlakın güclü olaraq qalması və ya hətta genişlənməsi fonunda ümumiyyətlə artım tempi qənaətbəxşdir ki, bu da ixracatın zəifləməsinin mənfi təsirini azaldır. İnkişaf perspektivlərinə təsir göstərən risk və təhdidlər yenə yüksək olaraq qalırlar”.

ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi qlobal ticarətdə qeyri-müəyyənliyin hökm sürməsinə şərait yaratmaqla tərəflər arasında danışıqların uğursuzluğu fonunda regionun iqtisadi inkişaf perspektivləri üçün yenə də əsas təhdid olaraq qalır. Digər risklərə inkişaf etmiş ölkələrdə və Çində sürətli zəifləmə, habelə maliyyə volatilliyi daxildir.

ABŞ-da fiskal və monetar şəraitin sərtləşdirilməsi, Böyük Britaniyanın Aİ-dən nizamsız çıxışının perspektivləri və ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi fonunda, AİB ABŞ-ın, Avropa İttifaqının (Aİ) və Yaponiyanın iqtisadiyyatlarında məcmu artımın cari ildə 1,9%, 2020-ci ildə isə 1,6% səviyyəsinədək zəifləyəcəyini proqnozlaşdırır.

Çin hökumətinin maliyyə risklərini idarə etməyə cəhd atdığı bir şəraitdə iqtisadiyyatının sənayedən daha çox xidmət sahələrinə, eləcə də maliyyə siyasətinin sərtləşdirilməsinə doğru irəliləməsi nəticəsində iqtisadi artım tempinin 2018-ci ildəki 6,6%-dən 2019-cu ildə 6,3%-dək, 2020-ci ildə isə 6,1%-dək zəifləyəcəyi ehtimal olunur. ÇXR-in iqtisadiyyatı yetişdikcə iqtisadiyyatın aşağı templə artacağı gözlənilir.

Hindistanda isə əksinə, istehlakın güclənməsi sayəsində iqtisadi artım tempi 2018-ci ildəki 7%-dən 2019-cu ildə 7,2%-dək, 2020-ci ildə isə 7,3%-dək yüksələcəyi gözlənilir. Eyni zamanda, faiz dərəcələrinin endirilməsi və fermer təsərrüfatlarına gəlir dəstəyi daxili tələbatın güclənməsinə gətirib çıxaracaqdır. Ümumiyyətlə, Cənubi Asiyanın digər alt-regionları iqtisadi göstəricilər baxımından üstələyəcəyi və cari ildə 6,8%, növbəti ildə isə 6,9% səviyyəsində qərarlaşacağı gözlənilir.

Sakit Okean alt-regionunun ən böyük iqtisadiyyatı olan Papua Yeni Qvineyada 2018-ci ildəki zəlzələdən sonra mayeləşdirilmiş təbii qaz istehsalının tam gücünə qayıdacağı ilə əlaqədar olaraq bu alt-regionda da artım tempinin 2018-ci ildəki 0,9%-dən 2019-cu ildə 3,5%-dək yüksələcəyi gözlənilir. 2020-ci ildə artım tempinin 3,2% təşkil edəcəyi proqnozlaşdırılır.

Neft qiymətlərinin enməsi, o cümlədən Rusiyada artım tempinin zəifləməsi, Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu alt-regionda artım tempinin cari ildə və 2020-ci ildə 4,2%-dək zəifləyəcəyi proqnozlaşdırılır.

İnflyasiya dərəcəsi aşağı səviyyədə qalmaqdadır. Hesabata əsasən, qida və yanacaq məhsullarına sabit qiymətlər sayəsində həm 2019, həm 2020-ci illərdə baza inflyasiyasının 2,5% səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR