Bu ilin yanvar və fevral ayları ərzində Azərbaycana 55,438 mln. ABŞ dolları dəyərində və ya 249 932 ton buğda idxal olunub.
Djb.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 46% və 13% artıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 37,843 mln. dollarlıq və ya 215 319 ton buğda idxal olunub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 mlrd. dollardan çox mal idxal olunub. İdxal olunan məhsulların 11,34%-i yeyinti məhsulları təşkil edib.
Hesabat dövründə Azərbaycandan ən çox ixrac olunan məhsul isə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub. Bu məhsullar ixracın 82,61-ni təşkil edib, ümumi dəyəri isə 2,6 mlrd. dollar olub. Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin analoji dövrünə nisbətən 58%, dəyəri isə 42,5%-dən çox olub.