Milyarder Cef Bezosa məxsus “Amazon” şirkəti dünyanın ən dəyərli şirkətlərinin reytinqinə liderlik edib.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.
Şirkətin bazar kapitallaşması 796 milyard dollar təşkil edib. İkinci pillədə 789 milyard dollarla “Maykrosoft”, üçüncü yerdə isə 745 milyard dollarla Quqlun da tərkibinə daxil olduğu “Alfabet” şirkəti qərarlaşıb.
Əpl bu şirkətləri 702 milyard dollarla izləyir.