dini radikalizm və ekstremizmlə mübarizə

“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ

“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ
Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə qurumlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır.

Sentyabrın 4-də ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifəsində azad edildi və onun yerinə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev təyin edildi.
“Azərişıq”ın rəhbərliyinə isə hələ ki hər hansı təyinat olmayıb.

Ölkə başçısının bu sərəncamından sonra cəmiyyətdə “Azərişıq”ın ləğv ediləcəyi, regional enerji idarələrinin isə “Azərenerji”yə birləşdiriləcəyilə bağlı ehtimallar güclənib.



Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Vahid Əhmədov da “Azərişıq”ın “Azərenerji”yə birləşdirilməsi təklifini dəstəklədiyini vurğulayıb.

“Mən təklif edirəm ki, bu iki qurum birləşdirilsin və Balababa Rzayev onlara rəhbərlik etsin. Çünki onun bu işdə kifayət qədər təcrübəsi var. Bildiyimiz kimi, “Azərnerji” işıq istehsal edir, “Azərişıq” isə istehlak edir. Bu qurumlar bir-biri ilə əlaqəli sistemdir. Bu qurumların birləşdirilməsi sistemin inkişafına çox böyük kömək edə bilər. Həm kadr, həm də digər sahələrlə bağlı. Həm də bu qurumların birləşdirilməsi dövlət büdcəsinə qənaət etməkdir”.

“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ

Deputat qeyd edib ki, “Azərişıq”ın müəyyən bir hissəsi özəlləşməyə çıxarılmalıdır.

““Azərişıq”ın satış hissəsi tamamilə özəlləşdirilə bilər. Ancaq istehsalçı hissə isə strateji obyeklər olaraq dövlətdə qalmalıdır. Ona görə də bu qurumları birləşdirib belə bir sxem qurmaq lazımdır”.



V.Əhmədov bildirib ki, Balababa Rzayev “Azərişıq”ın prezidenti olan zaman çox işlər görüb:

“Onun rəhbərliyi ilə işıq sistemində olan problemlər aradan qaldırılıb, kəndlərə qədər işıq dirəklərinin dəyişdirilməsi məsələsi həll edilib. “Azərenerji”də də müəyyən problemlər var. Ancaq hesab edirəm ki, Balababa Rzayevin rəhbərliyi ilə oradakı problemlər öz həllini tapacaq”.

Oxunub: 843
Oxşar xəbərlər
SON XƏBƏRLƏR