dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkədə nazirliklərin sayı yarıyadək ixtisara salınır

Bu ölkədə nazirliklərin sayı yarıyadək ixtisara salınır
Argentinada büdcə xərclərinin azaldılması məqsədi ilə nazirliklərin sayı demək olar ki, iki dəfə ixtisar olunacaq.

Axar.az xəbər verir ki, bunu sentyabrın 3-də Argentina Prezidenti Maurisio Makri elan edib. “Mən nazirliklərin sayını yarıyadək ixtisar etmək barədə qərar qəbul etmişəm”, - deyə o bildirib. Dövlət başçısı, həmçinin ixrac rüsumlarının bərpası və ya artırılması ilə bağlı planlarını da açıqlayıb.

Hökumət strukturunda dəyişikliklər Argentinanın hakimiyyət orqanlarının büdcə xərclərinin azaldılması üzrə tədbirləri fonunda həyata keçirilib. Belə ki, ilin ilk 5 ayı ərzində milli valyutanın 25 faiz dəyər itirməsindən sonra Buenos-Ayres kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etmək məcburiyyətində qalıb.

İlin əvvəlindən bəri pesonun məzənnəsi 50 faizdən çox aşağı düşüb. Milli valyutanın kəskin ucuzlaşması səbəbindən hökumət inflyasiyanın planlaşdırılan 15 faizdən çox olacağını etiraf edib.

Oxunub: 730
Oxşar xəbərlər
SON XƏBƏRLƏR