Bitkoinin dəyəri yarım il ərzində tam dövr edib və yaxın vaxtlarda 8-10 min dollar təşkil edəcək.
Oxu.Az xəbər verir ki, belə bir proqnozla “Cointelegraph”ın analitikləri çıxış edib.
Ekspertlərə görə, ilin birinci yarısında kriptovalyutanın dəyəri müxtəlif qiymətlər ətrafında dövr etsə də artıq stabilləşməkdədir:
“2017-ci ilin noyabrdan dekabrına qədər bitkoinin qiyməti 8 min dollardan 20 min dollara yüksəlib. 2018-ci ilin may ayının sonuna artıq bitkoin 7,5-8 min dollar səviyyəsinə qayıdıb. Hazırkı şəraitdə bitkoin özünün diapazonundadır”.
O da qeyd edilir ki, bazarda bitkoinin dəyərinin kəskin bahalaşmasını şərtləndirən amillər yoxdur.
Bununla belə bu birjanın aparıcı analitiki Meti Qrinspen hesab edir ki, kriptovalyuta bazarı eniş yaşamır:
“Virtual valyuta bazarının ümumi kapitalizasiyası ötən illə müqayisədə 330 faiz artıb. Düzdür, bu pik həddin yaşandığı dövrdəki kimi yüksək göstərici deyil. Ancaq hər hansı aktiv üçün yaxşı haldır”.
Oxunub: 723