dini radikalizm və ekstremizmlə mübarizə

Neftin ötəngünkü ucuzlaşma səbəbi… - Ekspert

Neftin ötəngünkü ucuzlaşma səbəbi… - Ekspert
Neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də, yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, şist neft hasilatı qlobal bazarda “neft yarışını” dayandırdı:

“Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin ötən gün 3 faizdən çox azalmasına səbəb oldu. Artıq “Brent” markalı neftin 1 barreli 77 dollardan ucuz satılır. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barrelə çatdırıb ki, bu da okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir. Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barrel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq”.

V.Bayramov vurğulayıb ki, OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fonunda bazar payını itirmələrindən ehtiyatlanır:

“Bu baxımdan da OPEK+ tərəfindən bazar payını qoruyub saxlamaq üçün hasilat həcminə yenidən baxılması istisna deyil. Eyni zamanda, istehlakçı ölkələr də neftin mövcud qiymətlərindən məmnun görsənmirlər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərin arzulanan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir”.

V.Bayramovun sözlərinə görə, bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqla, hazırda digər heç bir faktor neft bazarına yüksək qiymətlər vəd etmir:

“Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.

Oxunub: 712
Oxşar xəbərlər
SON XƏBƏRLƏR