Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qarşıda atılacaq addımlar və görüləcək işləri açıqlayıb.
"Report"un xəbərinə görə, "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyi təbliği" mövzusunda konfransda naziri Sahil Babayev bildirib ki, qarşıdakı atılacaq addımlar, görüləcək işlərə qeyri-formal məşğulluqla mübarizə, sosial təminatın daha da yaxşılaşması, məşğulluğun daha da genişləndirilməsi, Azərbaycanın çox müsbət demoqrafik inkişafının nəticələrini nəzərə alaraq bu inkişaf çərçivəsində yeni-yeni iş yerlərinin yaradılması, yeni ərzaq təminatı çağırışlarını nəzərə almaq, eyni zamanda yeni infrastrukturun, sosial müəssisələrin, sosial obyektlərin istifadəyə verilməsi daxildir: "Biz sosial siyasətimizin ünvanlılığını təmin etməyə, sosial siyasətimizin məhz məşğulluqla əlaqələnməsinə çalışırıq".