“Azərbaycan Sənaye Korporasiyası” ASC Balakən rayonunda 60 tütünqurutma kamerasının quraşdırılması ilə bağlı keçirdiyi açıq tenderin qalibini elan edib.
“Report” xəbər verir ki, qalib şirkət “Fayton LTD” MMM olub.
Şirkətlə 2 880 852 manatlıq müqavilə bağlanılıb.